Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Polşadakı Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı tələbələr və polşalı qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqaladə və Səlahiyyətli Səfiri Həsən Həsənov qeyd olunan bayramın mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. O, həmçinin 2015-ci il ərzində səfirlik tərəfindən görülmüş işlər haqqında danışıb. Diplomat Polşada ölkəmizin maraqlarının müdafiəsi və təbliği istiqamətində fəaliyyət göstərən diaspor üzvlərinə təşəkkürünü bildirib və Polşada yaşayan hər bir azərbaycanlını bu istiqamətdə daha fəal olmağa çağırıb.
Tədbirin bədii hissəsində qonaqlar Azərbaycan diasporunun istedadlı üzvlərindən biri olan 14 yaşlı Gizem Kardalın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramını dinləyiblər.
Sonda qonaqlara Azərbaycan mətbəxinin nümunələrindən ibarət ziyafət verilib.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.