Həsən Həsənov Poznan Universitetində məruzə edib

Həsən Həsənov Poznan Universitetində məruzə edib Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Adam Mitskieviç adına Poznan Universitetinin rəhbərliyinin dəvəti ilə Poznan şəhərinə səfər edib.

Səfər çərçivəsində universitetinin rektoru professor Marek Boyarski ilə, tədqiqat və beynəlxalq əməkdaşlıq üzrə prorektor Yatsek Vitkosla, tarix fakültəsinin dekanı Kazimyej İlski ilə və Şərq İnstitutunun direktoru professor Kşyştof Pietkieviçlə görüşlər keçirilib.

Görüşlərin əsas mövzusu Adam Mitskieviç adına Universitetdə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrə müasir və qədim Azərbaycan tarixinə dair ətraflı məlumatın verilməsi imkanları olub. Danışıqlar nəticəsində məlum olub ki, universitetdə il ərzində Azərbaycanla bağlı silsilə tədbirlərin keçirilməsi imkanı mövcuddur.

Sonra səfir Həsənovun universitetin Şərq Institutun müəllim və tələbə heyəti qarşısında “Azərbaycan Polşa əlaqələrinin tarixi” mövzusunda çıxışı olub. İştirakçılara Azərbaycan – Polşa əlaqələri, ölkəmizin qədim və müasir tarixindən danışılıb və son illər Azərbaycanın əldə etdiyi uğurlar haqqında ətraflı məlumat verilib. Çıxışdan sonra tələbə və müəllim heyətinin çoxsaylı sualları cavablandırılıb.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: