Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər

Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər Azərbaycanlı gənc alimlər Varşavada konfrans keçiriblər Gənc alim Raqif Hüseynovun təşkilatçılığı ilə Polşanın paytaxtında fəaliyyət göstərən, qədim və tarixi adət-ənənələrə malik olan Varşava Təbiət Elmləri Universitetində (VTEU) Azərbaycan-Polşa Gənc Alimlərinin Elmi Konfransı keçirilib.

Konfransı giriş sözü ilə VTEU-nin iqtisadiyyat fakültəsinin dekanı, professor Yaroslav Qolebişski açaraq, tədbir iştirakçılarını salamlayıb, iki ölkə arasında olan elmi əlaqələrin uğurlu inkişafından söhbət açıb.

Gənc alim Raqif Hüseynov da konfrans iştirakçılarını salamlayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında öz intibah dövrünü yaşayan Azərbaycanda həyata keçirilən islahatlar, bütün sahələri əhatə edən hərtərəfli inkişaf barədə məlumat verib. Eyni zamanda, Azərbaycan iqtisadiyyatını, sənayesini, mədəniyyət və incəsənətini, tarixi adət-ənənələrini özündə əks etdirən film nümayiş etdirib. Azərbaycana həsr olunmuş film konfrans iştirakçıları tərəfindən alqışla qarşılanıb.

Tədbiri professor Henrik Runovski öz çıxışı ilə davam etdirib. Azərbaycan-Polşa Gənc Alimlərinin Elmi Konfransını təşkil etdiyinə görə gənc alim R.Hüseynova öz təşəkkürünü bildirib. Professor H.Runovski qeyd edib ki, sözügedən konfransın təşkili Azərbaycan və Polşa arasında olan elmi əlaqələrin inkişafına gələcəkdə də öz töhfəsini verəcəkdir.

Konfransın gedişatı zamanı Polşada elmi tədqiqat aparan gənc alim Məltəm Şamilova "Azərbaycan İqtisadiyyatı və Kənd Təsərrüfatı" mövzusunda təqdimat keçirib.

Daha sonra konfrans Polşalı gənc alimlərin hazırladıqları təqdimatlarla öz işini davam etdirib.

Konfransın sonunda öz təqdimatları ilə fərqlənən gənc alimlər VTEU-nin rəhbərliyi tərəfindən sertifikatla təltif olunublar.
Konfransda Azərbaycanın Polşadakı səfriliyinin nümayəndəsi Elnarə Məmmədova, Polşada fəaliyyət göstərən Diaspora.az saytının baş redaktoru Nail Əhməd, Polşa-Azərbaycan Gəncləri Assosasiyasının rəhbəri David Cesuda, eyni zamanda Polşada təhsil alan Azərbaycanlı tələbələr iştirak ediblər.


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: