Akademik Ramiz Məmmədov İranda beynəlxalq konfransda iştirak edir

Akademik Ramiz Məmmədov İranda beynəlxalq konfransda iştirak edir Bu gün İran İslam Respublikasının Tehran şəhərində “Sahillər, limanlar və dəniz təsərrüfatı” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov beynəlxalq tədbirə elm komitəsinin üzvü kimi dəvət olunub. Konfransın plenar iclasında o, “Xəzər dənizində mümkün neft dağılmaları modelləşdirilməsinin trayektoriyası" mövzusunda məruzə ilə çıxış edəcək.

Konfrans 3 noyabr 2016-cı il tarixinədək davam edəcək.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: