AzTU-da Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU-da Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıbAzTU-da Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb AzTU-da Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalanıb
2017-ci il Yanvarın 26-da Azərbaycan Texniki Universitetində AMEA-nın Radiasiya Problemləri İnstitutu ilə elmi-texniki əməkdaşlığa dair 5 illik müqavilə imzalanıb.

Müqaviləyə əsasən AzTU-nun professor-müəllim heyəti ilə Radiasiya Problemləri İnstitutu arasında tədris və elmi-texniki işlər sahəsində geniş təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində həmçinin, bakalavriat və magistratura səviyyəsində təhsildə fərqlənən tələbələrin Radiasiya Problemləri İnstitutunda aparılan elmi-tədqiqat işlərinə cəlb edilməsi və tələbələrin gələcəkdə orada işlə təmin olunması da mümkün olacaq.

Radiasiya Problemləri İnstitutunun bir sıra sahələri üzrə peşəkar kadr yetişdirilən AzTU ilə bu elm müəssisəsinin birgə layihələrinin işlənməsi və nəticələrin istehsalatda tətbiqi, keçirilən elmi-texniki tədbirlərdə birgə iştirakın təmin edilməsi, müştərək elmi-tədqiqat işlərinin aparılması, elmi-texniki seminarların təşkili və digər bu kimi işlərin gələcəkdə həyata keçirilməsi də müqavilədə öz əksini tapıb.

AzTU-nun rektor əvəzi Xalıq Yahudov imzalanan müqavilənin əhəmiyyətindən danışaraq Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib. Rektor əvəzi qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş Strateji Yol Xəritələrində əqli mülkiyyətin geniş istifadəsini, xüsusilə istehsalata tətbiqini nəzərdə tutan mühüm müddəalar yer alıb. Bildirilib ki, bu müddəalardan irəli gələrək praktik imkanların genişləndirilməsi mümkünləşəcək və bu da əməkdaşlığın daha səmərəli olmasına zəmin yaradacaq.

Radiasiya Problemləri İnstitutunun direktoru Oktay Səmədov da öz növbəsində imzalanan müqavilənin mümkün imkanlarından danışıb.
Alim bildirib ki, rəhbərlik etdiyi institutun bir sıra mühüm sahələrində AzTU-nun məzunları çalışır.
O, imzalanan müqavilənin Azərbaycan Texniki Universitetinin Radiasiya Problemləri İnstitutunda çalışan və Azərbaycan elminə töhfə verən məzunlarının sayını artıracağına əminliyini diqqətə çatdırıb.

Sonda xatirə üçün foto-şəkillər çəkilib.

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: