FİZİKA İNSTİTUTUNDA “İNFORMASİYA RESURSLARI. ELMİ TƏDQİQATLAR” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

FİZİKA İNSTİTUTUNDA “İNFORMASİYA RESURSLARI. ELMİ TƏDQİQATLAR” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB AMEA Fizika Institutunda
“Thomson Reuters” Agentliyinin
Azərbaycan üzrə nümayəndəsinin
məruzəsi dinlənilib


2017-ci il fevralın 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda “İnformasiya resursları. Elmi Tədqiqatlar” mövzusunda seminar keçirilib.

AMEA Fizika İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Məryəm Rafaelqızı
ZiM.Az
-a bildirib ki, seminarın məruzəçisi “Thomson Reuters” Agentliyinin Azərbaycan üzrə nümayəndəsi Aygün xanım Babazadə olub.

FİZİKA İNSTİTUTUNDA “İNFORMASİYA RESURSLARI. ELMİ TƏDQİQATLAR” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB Əvvəlcə mövzunun aktuallığından danışan məruzəçi vurğulayıb ki, 2016-cı ilin oktyabr ayında AMEA ilə dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq nəticəsində hazırda AMEA-nın institut və təşkilatları “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə edib.

A.Babazadə onu da nəzərə çatdırıb ki, seminarda məqsəd bu elmi bazadan istifadə qaydaları, bazaya daxil olan jurnallarda məqalələrin dərc edilməsi qaydaları və s. haqqında məlumat verməkdən ibarətdir.

Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: