AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunan tədbirdə iştirak ediblər

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunan tədbirdə iştirak ediblərAMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunan tədbirdə iştirak ediblər 2017-ci il fevralın 22-də Almatı şəhərində Qazaxıstan Respublikası Milli Elmlər
Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaq
keçirilib.


Yubiley tədbirində QR MEA-nın həqiqi, müxbir və fəxri
üzvləri, ölkənin ali təhsil müəssisələrinin rəhbərləri, elmi-tədqiqat
institutlarının direktorları, tanınmış ictimai və mədəniyyət
xadimləri, həmçinin Azərbaycan, Rusiya, Gürcüstan, Moldova, Ukrayna,
Belarus, Özbəkistan, Cənubi Koreya, Çin və digər ölkələrdən gələn
nümayəndə heyətləri iştirak ediblər.

Ümumi yığıncaqda çıxış edən Qazaxıstan Respublikasının Prezidenti,
akademik Nursultan Nazarbayev
sessiya iştirakçılarını qurumun 70 illik
yubileyi münasibətilə təbrik edib, Qazaxıstan elminin təşəkkülündə
Akademiyanın xidmətlərindən danışıb. Hazırda Elmlər Akademiyasının
ölkənin elmi-intellektual mərkəzi oduğunu qeyd edən Nursultan
Nazarbayev dünyada fəaliyyət göstərən elmi mərkəzlərin bir-birilə sıx
əməkdaşlıq etməsinin, alimlərin elmin prioritet sahələrində birgə
tədqiqat işləri aparmasının zəruriliyini vurğulayıb.

Sonra QR MEA-nın prezidenti, akademik Murat Jurinov rəhbəri olduğu
qurumun ölkə elmi, mədəniyyəti və iqtisadiyyatının inkişafında
oynadığı rolu haqqında məruzə ilə çıxış edib. Elm sahəsində həyata
keçirilən islahatlar və son nailiyyətlər haqqında danışan akademik
Qazaxstan alimlərinin əldə etdiyi uğurların “EXPO-2017” beynəlxalq
sərgisində də nümayiş olunacağını deyib.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsi
ndən ZiM.Az-a bildiriblər ki, Yubiley tədbirində respublikamızı Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən, akademik Dilqəm
Tağıyev
AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin
rəisi, professor Əminağa Sadıqov
təmsil ediblər.

Təbrik nitqində birgə
elmi tədqiqatların prioritet sahələrindən danışan akademik Dilqəm
Tağıyev
çoxşahəli ikitərəfli əməkdaşlığın gələcəkdə də inkişaf
edəcəyinə əminliyini bildirib.

ZiM.Az

.


Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: