PROFESSOR VAQİF QULİYEVİN 60 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN KONFRANS KEÇİRİLƏCƏK

PROFESSOR VAQİF QULİYEVİN 60 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN KONFRANS KEÇİRİLƏCƏK 10-13 iyul 2017-ci il tarixində Türkiyənin Kırşehir şəhərindəki
Ahi Evran Universitetində AMEA-nın müxbir üzvü,
professor Vaqif S. Quliyevin 60 illik yubileyinə həsr olunmuş
"Morri tipli fəzalarda operatorlar və tətbiqləri" adlı
konfrans keçiriləcək.


AMEA Riyaziyyat və Mexanika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,
Fizika üzrə fəlsəfə doktoru Aynurə M. Cəfərova
ZiM.Az
-a bildirib ki, Konfransda
aşağıdakı bölmələr fəaliyyət göstərəcək:

• Morri fəzalarında funksiyalar nəzəriyyəsi və tətbiqləri;

• Morri tipli fəzalarda integral operatorlar;

• Morri tipli fəzalarda elliptik, parabolik və hipoelliptik tənliklərin həllərinin requlyarlığı;

• Tərpənməz nöqtə nəzəriyyəsi və onun tətbiqləri.

Bu sahədə fəal işləyən Azərbaycan riyaziyyatçıları, həmçinin bu və buna yaxın sahədə işləyən və ümumiləşmiş Morri tipli fəzalar, onların tətbiqləri ilə bağlı tədqiqatlara qoşulmaq istəyən riyaziyyatçılar dəvətlidirlər.

PROFESSOR VAQİF QULİYEVİN 60 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN KONFRANS KEÇİRİLƏCƏK Təqdim edilmiş məruzələrin xülasəsi
Konfrans materiallarında çap ediləcəkdir.
Seçilmiş və rəydən keçmiş işlər məqalə şəklində "Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri"-nin Riyaziyyat buraxılışının xüsusi sayında dərc ediləcəkdir.

Link: https://omtsa.ahievran.edu.tr/


ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: