AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, İclasda AMEA-nın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin rəhbərləri iştirak ediblər.
Tədbirdə Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək son illər elmlə təhsilin inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə Akademiyada geniş islahatlar aparıldığını bildirib. Qeyd edib ki, islahatlar çərçivəsində yaradılan Təhsil şöbələrinin rəhbərləri AMEA-nın, eləcə də Azərbaycan Respublikasının təhsillə bağlı müvafiq qanunvericilik aktlarını mükəmməl bilməli və mübahisəli məsələlərdə bu sənədlərə istinad etməlidirlər.
2017/2018-ci tədris ili üçün AMEA-nın institutlarında magistraturaya aparılacaq qəbul prosesi ilə bağlı Müsahibə Komissiyalarını diqqətli olmağa çağıran Ə.Sadıqov sənəd verənlərin çoxsaylı suallarının olduğunu nəzərə alaraq, “Qaynar xətt” xidmətinin təşkil ediləcəyini diqqətə çatdırıb.
Tədbirdə Təhsil şöbələrinin rəhbərlərinə təmsil etdikləri qurumun saytında qəbulu aparılacaq magistratura ixtisasları ilə bağlı məlumatların yerləşdirilməsi barədə də tapşırıq verilib.
Sonra Elm və Təhsil İdarəsinin Doktorantura şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov doktorant və dissertantların minimum imtahanlarının təşkili ilə bağlı çıxış edərək, imtahanların 22 may tarixindən etibarən keçiriləcəyini bildirib.
Daha sonra Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov çıxış edərək magistrantların Tədris planı ilə bağlı tövsiyələrini diqqətə çatdırıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Aysel MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.