AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA DİSSERTASİYA ŞURASININ NÖVBƏTİ İCLASI OLUB

AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA DİSSERTASİYA ŞURASININ NÖVBƏTİ İCLASI OLUBAMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA DİSSERTASİYA ŞURASININ NÖVBƏTİ İCLASI OLUB AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA DİSSERTASİYA ŞURASININ NÖVBƏTİ İCLASI OLUB AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA DİSSERTASİYA ŞURASININ NÖVBƏTİ İCLASI OLUB AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA DİSSERTASİYA ŞURASININ NÖVBƏTİ İCLASI OLUB 2017-ci il iyunun 16-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 birdəfəlik dissertasiya şurasının iclası olub.

AMEA Riyaziyyat və Mexanika İnstitutundan İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru
Aynurə M. Cəfərova
ZiM.Az
-a bildirib ki,
dissertasiya şurasının iclasında
Rövşən Telman oğlu Əliyevin “Diskret müdaxiləli semi-markov proseslərinin asimptotik metodlarla tədqiqi” mövzusunda 1208.01-Ehtimal nəzəriyyəsi ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiyasının müdafiəsi keçirilib.
Dissertasiyada alınmış nəticələr 26 işdə öz əksini tapıb.

Daha sonra dissertasiya şurasının iclasında Gülsüm Allahyar qızı Ağayevanın “Sonlu parçada dəyişən əmsalli operator tənliklər üçün sərhəd məsələlərinin həll olunması” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyasının müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 11 işdə öz əksini tapıb.

Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.

Məruf RZAYEV,
ZiM.Az


.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: