Tədbirdə respublikada fəaliyyət göstərən elmi-tədqiqat və ali təhsil müəssisələrinin, aidiyyatı dövlət və özəl qurumların, elm və təhsilin inkişafına dəstək verən fondların, sahibkarlıq və media subyektlərinin rəsmi nümayədələri iştirak edəcəklər.
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, konfransın keçirilməsində məqsəd istedadlı gənclərin elmə cəlb olunması, onların karyera yüksəlişində problemlərinin həlli yollarının araşdırılması, eləcə də prioritet istiqamətlər üzrə inkişaf perspektivlərini müəyyənləşdirməklə faydalı müzakirəyə nail olmaqdır. Bu ilin dekabrında Bakıda keçiriləcək Azərbaycan Gənc Alimlərinin I Qurultayına hazırlıq prosesi, o cümlədən respublikada gənclərlə bağlı elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri, həmçinin elm, təhsil və innovasiya sahələrinin inkişafında multidissiplinarlığın təmin olunması kimi məsələlər elmi-praktik konfransın müzakirə mövzularından olacaq.
Konfransın interaktiv müzakirə bölümü üçün təklif olunan mövzular elmi məktəb və fundamental elmi axtarışlar; elm, təhsil və innovasiya üçbucağı: inkişafın vəhdət modeli; Yüksək Texnologiyalar Parkı ‒ innovativ ideyaların real məkanı və Azərbaycanda elmi təşkilatların birgə fəaliyyəti və koordinasiya problemləri kimi aktual məsələləri əhatə edir.
Təşkilat Komitəsi institutlar, elmi-istehsalat müəssisələri və digər müvafiq qurumların gənc alim və mütəxəssislərini bu konfransda iştirak etməyə dəvət edir.
Aysel MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.