Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilibAkademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilibAkademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib 2017-ci il dekabrın 6-da
AMEA Riyaziyyat və Mexanika İnstitutunda görkəmli riyaziyyatçı alim, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı beynəlxalq elmi konfrans işə başlayıb.


AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru, Aynurə M.Cəfərova ZiM.Az-a bildirib ki, tədbiri giriş nitqi ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov akademik Akif Hacıyev Azərbaycan riyaziyyat elmində məktəb yaradan, özündən sonra dərin iz qoyan nadir şəxsiyyətlərdən biri olduğunu bildirib.

Professor Misir Mərdanov alimin elmi-pedaqoji fəaliyyəti haqqında məruzə ilə çıxış edərək, Akif Hacıyev iyirminci əsrin yetmişinci illərində yaxınlaşmalar nəzəriyyəsi sahəsindəki tədqiqatlarını davam etdirərək, sonlu parçada kəsilməz funksiyalara yaxınlaşan xətti müsbət operatorlar ardıcıllığının öyrənilməsində mühüm elmi nəticələr aldığını vurğulayıb. O, qeyri-məhdud çoxluqlarda təyin olunmuş kəsilməz funksiyalar sinfində Korovkin tipli teoremlər isbat etmiş, vahid dairədə analitik olan funksiyalar fəzasında təyin olunmuş xətti operatorların tədqiqi və həmin operatorların approksimativ xassələrinin araşdırılması istiqamətində mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən ciddi nəticələr əldə etmişdir.

Akif Hacıyev 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, 2004-cü ildə isə Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur.
O, 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika üzrə Ekspert Şurasının, 2005-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının sədri olmuşdur. Akademik Akif Hacıyev "AMEA-nın Məruzələri", "AMEA-nın Xəbərləri", "ADPU-nun Xəbərləri" jurnallarının redaksiya heyətlərinin üzvü, "AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri" jurnalının baş redaktoru olmuşdur.
İstedadlı alim və tədqiqatçı Akif Hacıyev 2010-cu ildən ömrünün sonuna qədər Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti olmuş və bütövlükdə respublikada riyaziyyat və mexanika elmlərinin inkişafında yüksək ixtisaslı riyaziyyatçı alimlərin hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycan Riyaziyyat Cəmiyyətinin xətti ilə nəşr edilən və baş redaktoru olduğu "Azerbaijan Journal of Mathematics" jurnalında bu gün də dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlər öz məqalələrini dərc etdirirlər. Həmin jurnal 2015-ci il dekabrın 22-də Thomson Reuters agentliyinin ilkin bazasına daxil edilmişdir.
Akif Hacıyevin əldə etdiyi nəzəri və tətbiqi əhəmiyyətli nəticələr, onun pedaqoji fəaliyyəti, elm təşkilatçısı kimi əvəzsiz xidmətləri, riyaziyyat elminin inkişaf etdirilməsi, və təbliği sahəsində çox şaxəli, gərgin və məhsuldar əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif edilmiş, 2005-ci ildə isə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
Çıxışında professor Misir Mərdanov onu da vurğulayıb ki, Azərbaycan milli riyaziyyat məktəbinin yaradıcıları Zahid Xəlilov, Əşrəf Hüseynov və İbrahim İbrahimov kimi məşhur riyaziyyatçıların layiqli davamçısı olan akademik Akif Hacıyev 210-dan çox elmi əsərin müəllifidir. Onun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda dərc edilən 100-dən artıq elmi əsərlərdə və 4 monoqrafiyada öz əksini tapmışdır. Akademik Akif Hacıyevin rəhbərliyi ilə Azərbaycanda və Türkiyədə riyaziyyat üzrə onlarla fəlsəfə doktoru və fizika-riyaziyyat elmləri doktoru hazırlanmışdır.
Akademik Akif Hacıyevin elmi irsi, onun tələbələri və həmkarları tərəfindən uğurla davam etdirilir, əziz xatirəsi onu tanıyanlar və Azərbaycan riyaziyyatçıları tərəfindən daim hörmətlə yad edilir.

Sonra tədbirdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin aparıcı elmi işçisi, professor Nadir Süleymanov, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev, “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov, Yıldız Texnik Universitetinin dosenti Yusif Zeren, Kırıkkale Universitetinin dosenti Sevgi Esen akademik Akif Hacıyev haqqında xatirələrini konfrans iştirakçıları ilə bölüşüblər.

Daha sonra konfransda “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov “Statistik yığılma, ümumiləşməsi, kəsilməz variantı və Furye-Stiltyes çevirməsinə tətbiqləri” və “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri, professor Lətif Talıblı “Özlüelastikiyyət nəzəriyyəsinin ümumi-kvazi statik məsələsinin həll üsulu və onun tətbiqləri” mövzusunda plenar məruzə ilə çıxış ediblər.

İki gün davam edəcək beynəlxalq konfransda "Harmonik və qeyri harmonik analiz", "Funksional analiz", "Həndəsə, topologiya və cəbr", "Yaxınlaşmalar nəzəriyyəsi", "Xüsusi törəməli diferensial tənliklər", "Operatorlar nəzəriyyəsi və spektral analiz", "Tətbiqi analiz", "Bütöv mühit mexanikası", "Optimal idarəetmə problemləri", "Ehtimal nəzəriyyəsi və stoxastik analiz", "Riyazi fizika", "Riyaziyyatın tarixi və tədrisi metodikası" bölmələri üzrə 160-ə yaxın məruzə dinləniləcək.

Qeyd edək ki, məruzələr Respublika ali təhsil müəssisələrindən, AMEA-nın institutlarından, o cümlədən Türkiyə, İran, Qırğızıstan, Rusiya Respublikasından daxil olmuşdur.

* * *

Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib 2017-ci il dekabrın 8-də
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli riyaziyyatçı alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfransın bağlanış mərasimi keçirilib.


Əvvəlcə iştirakçılar akademik Akif Hacıyevin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.


Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Tədbirdə AMEA-nın prezidenti, akademik
Akif Əlizadə
görkəmli alimin 80 illik yubileyinə həsr olunan beynəlxalq konfransın uğurla başa çatdığını bildirib. Akademik Akif Hacıyevin mənalı ömür yolundan, zəngin elmi fəaliyyətindən danışıb. AMEA rəhbəri onun Azərbaycanda riyaziyyat və mexanika elmlərinin inkişafında, yüksəkixtisaslı riyaziyyatçı alimlərin hazırlanmasında mühüm xidmətlərindən bəhs edib.

Sonra tədbirdə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədovun akademik Akif Hacıyevin həyat və elmi fəaliyyəti barədə məruzəsi dinlənilib.

Tədbirdə İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, akademik Yusif Məmmədov, AMEA-nın müxbir üzvü Bilal Bilalov, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dekanı, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Nizaməddin İsgəndərov, Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor İbrahim Quliyev çıxış edərək Akif Hacıyevin sadə və təvazökar insan, böyük riyaziyyatçı kimi xarakterizə edib, alimlə bağlı xatirələrini bölüşüblər.

Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Daha sonra AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor
Misir Mərdanov
çıxış edib. Bildirib ki, Akif Hacıyevin Azərbaycanda riyaziyyat elminin və təhsilinin inkişafında, onun zənginləşdirilməsində müstəsna xidmətləri olmuşdur. Riyaziyyat elminin tədqiqi, təbliği və tədrisində yorulmadan və fədakarlıqla çalışan, qəlbində vətən sevgisi, əməllərində xeyirxahlıq, təmənnasızlıq, fikirlərində aydınlıq, sözlərində səmimiyyət, hərəkətlərində alicənablıq mücəssəməsi olan Akif müəllim özünün fitri istedadı, gərgin zəhməti və əməksevərliyi, işinə və peşəsinə vurğunluğu sayəsində elmin və kamilliyin ən uca zirvəsinə yüksəlmişdi.

Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Professor Misir Mərdanov vurğulayıb ki, akademik
Akif Hacıyevin rəhbərliyi ilə Azərbaycanda və Türkiyədə riyaziyyat üzrə onlarla fəlsəfə doktoru və fizika-riyaziyyat elmləri doktoru hazırlanmışdır. Heç də təsadüfi deyil ki, Akif Hacıyevin 80 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfransda iştirak etmək üçün təkcə Türkiyədən 25 alim gəlib. Onlar içərisində onun yetirmələri də var.

Sonda akademik Akif Hacıyevin ailəsi adından çıxış edən Aqil Hacıyev qardaşının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: