AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU  ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU  ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU  ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB 2018-ci il yanvarın 31-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda
Elmi Şuranın növbəti
iclası keçirilib.


AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,
fizika üzrə fəlsəfə doktoru,
Aynurə M. Cəfərova
ZiM.Az
-a bildirib ki,
iclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2017/2018-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan etdiyini qeyd edib.

Şuranın iclasında Riyaziyyat və Mexanika İnstitutunun 2017/2018-ci tədris ili üçün elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertantura pilləsinə qəbul məsələsi müzakirə olunub.

“Təhsil” şöbəsinin müdiri, professor Ədalət Axundov
dissertanturaya elmlər doktoru hazırlığı üzrə dörd yerə dörd nəfərin, fəlsəfə doktorluğu hazırlığı üzrə yeddi yerə on yeddi nəfərin ərizə verdiyini diqqətə çatdırıb.

Aysel MƏDƏDLİ,
ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: