Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub Görkəmli riyaziyyatçı alim,
fizika-riyaziyyat elmləri doktoru, professor,
əməkdar elm və texnika xadimi,
akademik Zahid İsmayıl oğlu Xəlilovun
"Funksional analizin əsasları" kitabı
1949-cu ildə rus dilində Azərbaycan Dövlət Universitetinin nəşriyyatında çap olunmuşdur.

Bu kitab Sovet İttifaqında funksional analiz sahəsində nəşr olunmuş ilk kitabdır.


ZiM.Az xəbər verir ki, bu günlərdə həmin kitab ikinci dəfə AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi şurasının qərarı ilə Moskva şəhərində URSS - “Fizika və Riyaziyyat irsi” nəşriyyatında çap olunub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov“Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Məmməd Bayramoğlu bu nəşrə ön söz yazıblar.

Professorlar Misir Mərdanov, Ramiz Aslanov Araz Əliyevin həmmüəllifi olduqları “Zahid Xəlilovun riyaziyyat elminin inkişafında rolu” adlı məqalə də kitabda yer alıb. Məqalədə alimin həyatı, aldığı nəticələr, əsərlərinin siyahısı haqqında geniş məlumat verilib.

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: