çap edilən elmi jurnalların
məsul katibləri ilə görüşüb.
Görüşdə Misir Mərdanov bölmənin müəssisələrində dərc edilən jurnalların anket sorğusunun nəticələrini açıqlayıb.
Alim bölmənin müəssisələrində işıq üzü görən "Kimya problemləri" və “Neft kimyası və neft emalı prosesləri” jurnallarının "Web of Science" elmi bazasına daxil edilməsinin sevindirici hal olmasını qeyd edib. Azərbaycan Kimya jurnalının da bu bazaya daxil olması üçün tövsiyələrini verib. Jurnalların beynəlxalq standartlara uyğun tərtib olunması üçün tərtib etdiyi qaydalarla məsul katibləri tanış edib.
Sonda Misir Mərdanov ümumilikdə Kimya Elmləri Bölməsinə daxil olan institutlarda çap edilən elmi nəşrlərin vəziyyətinin qənaətbəxş olduğunu söyləyib.
* * *
Bu gün 31 oktyabr 2018-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri, akademiyanın müxbir üzvü
Misir Mərdanov
Yer Elmləri Bölməsinə
daxil olan institutlarda
çap edilən elmi jurnalların
məsul katibləri ilə görüşüb.
Görüşdə Misir Mərdanov bölmənin müəssisələrində
çap olunan jurnalların müasir standartlara uyğun tərtib olunması məqsədilə məsul katiblərə tövsiyələrini və iradlarını bildirib.
Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.
* * *
2018-ci il noyabrın 2-də Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri, akademiyanın müxbir üzvü Misir Mərdanov
Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan institutlarda çap edilən elmi jurnalların məsul katibləri ilə görüşüb.
Görüşdə Misir Mərdanov bölmənin müəssisələrində çap olunan jurnalların müasir standartlara uyğun tərtib olunması məqsədilə məsul katiblərə tövsiyələrini və iradlarını bildirib.
Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.