Şamaxı Astrofizika Rəsədxanası ilə Bakı Dövlət Universitetinin növbəti birgə seminarı keçirilib

Şamaxı Astrofizika Rəsədxanası ilə Bakı Dövlət Universitetinin növbəti birgə seminarı keçirilibŞamaxı Astrofizika Rəsədxanası ilə Bakı Dövlət Universitetinin növbəti birgə seminarı keçirilib Şamaxı Astrofizika Rəsədxanası ilə Bakı Dövlət Universitetinin növbəti birgə seminarı keçirilib Şamaxı Astrofizika Rəsədxanası ilə Bakı Dövlət Universitetinin növbəti birgə seminarı keçirilib2019-cu il dekabrın 19-da Bakı Dövlət Universitetinin (BDU) AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə birgə Ümumuniversitet seminarı keçirilib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında məlumat verib.

Sonra ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov “Anizotrop kosmik plazmada dalğa turbulensiyası problemləri haqqında” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi heliosferin qlobal strukturu, Günəş küləyinin Yerin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranan problemlərin başa düşülməsində Günəş küləyinin xüsusiyyətlərinin tədqiqinin əhəmiyyəti haqqında geniş icmal təqdim edib. O, anizotrop Günəş küləyi üçün maqnithidrodinamik köçürmə tənliklərinin həllinin bəzi problemlərini qeyd edib.

Namiq Cəlilov seminarda Günəş küləyinin öyrənilməsində kosmik misiyaların fəaliyyəti haqqında da geniş məlumat təqdim edib. Belə ki, o, çıxışında Günəş tacının qızmasının dalğa mexanizminin geniş miqyaslı enerji mənbəyi kimi baxılan və Günəş tacının enerji balansında mühüm rol oynayan plazma dayanıqsızlıqları bağlı apardığı tədqiqatların nəticələri haqqında məlumat verib.

Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: