AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək

AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcəkAzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək AzMİU Türkiyənin Ardahan Universiteti ilə əməkdaşlıq edəcək 2018-ci il fevralın 14-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Türkiyənin Ardahan Universitetinin rektoru,
prof. dr. Mehmet Biber,
Turizm işletmeciliği ve otelcilik yüksekokulu müdiri Yrd.Doç.Dr. Hürriyet Çimen, Fənn bilimleri institutu müdiri Yrd.Doç.Dr. Rövşen Quliyev və Dr.Tamilla Əliyeva ilə görüşüb.


ZiM.Az xəbər verir ki,
görüşdə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor
Nərgiz Abdullayeva,
beynəlxalq şöbənin müdir müavini Könül Şirinova
da iştirak edib.

AzMİU-nun rektoru
qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirib. AzMİU-nun tarixi, fakültə və ixtisasları barədə qonaqlara ətraflı məlumat verən G.Məmmədova univetrsitetin beynəlxalq əlaqələri, Türkiyə ali təhsil müəssisələri ilə əməkdaşlıq, tələbə-müəllim mübadiləsi, ikili diplomlar, burda təhsil alan əcnəbi tələbələrdən də danışıb.

Ardahan universitetinin rektoru, prof. Dr. M.Biber də çıxışında rəhbərlik etdiyi universitet haqqında məlumat verib, Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlığa yüksək önəm verdiklərini vurğulayıb. Tələbə və müəllimlərin mübadiləsini təmin etmək üçün nəzərdə tutulan layihələrdən danışan rektor M.Biber əlaqələrin bu istiqamətdə qurulmasının vacibliyinə diqqət çəkib.

Daha sonra görüşdə tələbə və müəllim heyəti ilə birgə iş imkanları nəzərdən keçirilib, əməkdaşlıq oluna biləcək istiqamətlər və perspektivlər müzakirə olunub.

Görüşün sonunda tərəflər arasında Mevlana Mübadilə Proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.


Müşfiq BORÇALI,
ZiM.Az



.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: