AzMİU rektorunun yubileyi Sərgi salonunda qeyd olunub

AzMİU rektorunun yubileyi Sərgi salonunda qeyd olunubAzMİU rektorunun yubileyi Sərgi salonunda qeyd olunub AzMİU rektorunun yubileyi Sərgi salonunda qeyd olunub AzMİU rektorunun yubileyi Sərgi salonunda qeyd olunub AzMİU rektorunun yubileyi Sərgi salonunda qeyd olunubAzMİU rektorunun yubileyi Sərgi salonunda qeyd olunub AzMİU rektorunun yubileyi Sərgi salonunda qeyd olunubAzMİU rektorunun yubileyi Sərgi salonunda qeyd olunub AzMİU rektorunun yubileyi Sərgi salonunda qeyd olunub 2018-ci il Aprelin 12-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda Memarlıq fakültəsinin
iki istedadlı tələbəsi
İsmayıl Hacıyev və
İsmayıl Əvəzovun
“İsmayıl və İsmayıl” adlı
fərdi yaradıcılıq sərgisi açılıb.


ZiM.Az xəbər verir ki,
AzMİU-nun rektoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədovanın yubileyinə həsr olunmuş sərgini giriş sözü ilə
Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova açıb, yubilyarı təbrik edib,
ona cansağlığı,
iş fəaliyyətində
uğurlar arzulayıb.

Azərbaycan Memarlar
İttifaqının İdarə Heyətinin
sədri Elbay Qasımzadə,
Bakı Dövlət Layihə
İnstitutunun direktoru
İlqar İsbatov,
“Azərbərpa” Elmi Tədqiqat
Layihə İnstitutunun direktoru Telman Kərimli,
İnşaat fakültəsinin dekanı
Hikmət Məmmədov
da yubiley münasibəti ilə rektoru səmimi qəlbdən təbrik edib, ona tər güllər təqdim edib,
xoş arzularını çatdırıblar.

Səmimi sözlərə, təbriklərə görə bütün çıxış edənlərə, sərginin təşkilatçılarına minnətdarlığını bildirən professor Gülçöhrə Məmmədova sərgidə iştirak edən gənclərə tövsiyələrini verib, həyatda uğur qazanmağın sirlərini bölüşüb.

Rektorun çıxışından sonra sərginin rəmzi qırmızı lenti kəsilib, tədbir iştirakçıları
gənc memarların əsərləri ilə yaxından tanış olublar.

Sərgidə İ.Hacıyev və İ.Əvəzovun pastel, yağlı boya ilə çəkdikləri naturalizm, klassik realizm, abstrakt janrlarında müxtəlif mövzulu rəsmlər nümayiş olunub.

Hər kəsin diqqətini cəlb edən rəsmlər barədə rektoru və qonaqları məlumatlandıran tələbələr rəsmlərin işlənmə texnikası və texnologiyası barədə onlara geniş informasiya veriblər.

Sonda hər iki
istedadlı memar
rektor - professor
Gülçöhrə Məmmədovaya
rəsm əsəri hədiyyə edib.

Xatırladaq ki, sərgi aprelin 27-dək davam edəcək.


REDAKSİYADAN:

Fürsətdən istifadə edərək, biz də AzMİU-nun rektoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədovanı Yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında,
yaradıcılıq işlərində,
eləcə də elmi-pedaqoji
və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: