Həsənova Afət Məmmədəli qızı - 22 sentyabr 1973-cü ildə qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Faxralı kəndində anadan olub.
1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (indiki UNEC) bitirib.
1996-cı ildən həmin institutun “İqtisadi kibernertika” kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləyib.
1996-1999-cu illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə dissertant olub.
2007-ci ildə Bakı Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
6-dan artıq elmi-metodiki əsərin və 1 monoqrafiyanın müəllifidir.
Müxtəlif illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi kibernetika”, “Ekonometrika” kafedralarında çalışıb.
Afət Həsənova hazırda UNEC-in “Statistika və Ekonometrika” kafedrasının baş müəllimidir.
Ailəlidir, bir övladı var.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.