Təbrik edirik, Gülxanım XƏLİLOVA!

Təbrik edirik, Gülxanım XƏLİLOVA!Gülxanım XƏLİLOVA,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının tələbəsi


1996-cı ildə qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Əsmələr kəndində anadan olub.
2013-cü ildə Bakıdakı 270 nömrəli tam orta məktəbi bitirib.
Orta məktəbdə oxuduğu illərdə olimpiadalarda dəfələrlə I yeri tutub.

Bu il ali məktəblərə qəbul imtahanında 688 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə daxil olub.

Prezident təqaüdünə layiq görüldüyünə görə Prezident cənab İlham Əliyevə
öz təşəkkürünü bildirir.
Ən böyük arzusu gələcəkdə ixtisası üzrə tanınmış mütəxəssis olmaqdır.

Biz də Gülxanım Xəlilovaya uğurlar arzulayır və "bütün arzuların çin olsun!" - deyirik!..

"Azərbaycan müəllimi", 10 Yanvar 2014 - №01

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: