- Qərbi Kaspi Universitetinin keçirdiyi onlayn konfrans olduqca əhəmiyyətli idi
"Aprelin 10-da Qərbi Kaspi Universitetində təşkil olunan və mənim də qatıldığım “Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsulları” mövzusunda konfrans hesab edirəm ki, olduqca əhəmiyyətli, xüsusilə hazırkı dövrdə olduqca vacib müzakirələrlə yadda qaldı".
Bu sözləri Gürcüstan Texniki Universitetinin Hüquq və beynəlxalq münasibətlər fakültəsinin professoru Emilia Alaverdova universitetimizin keçirdiyi son konfransı şərh edərkən deyib.
"İştirakçılar öz metodlarını, təcrübələrini bölüşdülər və mövcud problemləri müzakirə etdilər. Bu konfransın təşkilinə görə Qərbi Xəzər Universitetinə öz təşəkkürümü bildirirəm. Güman edirəm ki, konfransın, xüsusən də müasir dünyanın COVID 19 kimi bir təhlükə ilə üzləşdiyi və cəmiyyətin demək olar ki, tam təcrid olunduğu bir vaxtda böyük əhəmiyyəti var idi. Bu baxımdan təcrübə və çətinlikləri bölüşmək, müzakirə etmək, yeni imkanları axtarıb tapmaq üçün üçün belə konfransların keçirilməsi çox vacibdir" - deyə professor Emilia Alaverdova bildirib.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.