Tayvanda baş verən 6,4 ballıq zəlzələdə ölənlərin sayı 7-ə çatıb, 380 nəfər isə yaralanıb.
Güclü zəlzələ nəticəsində Tayvanın azı beş iri binasına ciddi ziyan dəyib.
Qeyd edək ki, Tayvan planetin seysmik cəhətdən ən aktiv zonalarından hesab edilir.
1999-cu ildə baş vermiş 7,6 ballıq zəlzələ adanın tarixində ən güclüsü olub və nəticədə 3 minə yaxın insan vəfat edib.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.