Bu filmdə erməni döyüşçülərinin «gürcü işğalçılarına» qarşı necə mübarizə aparmaları nəql olunur.
Baqramyan alayının qəhrəmanlıqları barəsində əvvəllər də bir neçə kitab nəşr olunmuşdur.
Bu kitablar əsasən Ermənistanda nəşr olunur.
Baqramyan alayı məsələsi Ermənistan hakimiyyətini bizə qarşı münasibətdə çox hallarda pis vəziyyətə salırdı. Halbuki, buna görə onlar heç vaxt bizdən üzr istəməmişlər, son vaxtlar isə erməni gənclərini Baqramyan alayı döyüşçülərinin nümunələri ruhunda böyüdürlər.
Məşhur gürcü ermənişünası Bondo Arveladze Ermənistan hakimiyyətindən və onun patriarxından üzr istəmək barəsində xahiş etmişdir. Onun bildirdiyinə görə, erməni tərəfi üzr istəməyincə , gürcülər ilə ermənilər arasında tam etimad heç vaxt olmayacaqdır. Üzdəniraq alay barəsində o, kitab da yazmışdır. Bu kitabda əsasən sənədli materiallardan istifadə olunmuşdur.
«Axali taoba» («Yeni nəsil») Baqramyan alayı döyüşçülərinin belə qəddarlığı ilə fərqlənmələrini və ümumiyyətlə, vaxtilə ermənilərin Abxaziyaya necə düşmələrini müəyyən etməyə çalışdı.
Bondo Arveladze:
- Ermənilər Abxaziyaya ilk dəfə XIX əsrin sonlarında göründülər. Həmşərilər adlanan ermənilər Türkiyənin vilayətlərindən birinə məskunlaşırdılar. Abxaziya torpaqları o vaxtlar mənimsənilməmişdi. Rusiya çarı belə qərara gəldi ki, bu ərazilərdə mədəniyyəti və kənd təsərrüfatını dirçəltmək üçün bura kimlərisə məskunlaşdırsın. Lap elə başdan Abxaziyaya rusların köçürülməsi qərara alındı. O dövrlərdə Qafkazın kənd təsərrüfatı strukturunun başında əslən tiflisli olan erməni mənşəli Xatisov dururdu. Onun oğlu sonralar , 1918-ci ildə Ermənistan daşnak hökumətinin sədri oldu. Ata Xatisov Qafqaz canişini ilə çox yaxın idi. O belə qərara gəldi ki, Abxaziyaya erməniləri köçürsün. Halbuki, Rusiya çarının ora rusları köçürmək qərarı var idi.
- Xatisov rusları necə əmin edə bildi?
- Artıq dediyimiz kimi, o, canişin ilə yaxın idi və bu mövzu barəsində onunla çox söhbət aparırdı. Ona deyib ki, Abxaziya ərazisi qızdırmalı yerdir və buranın iqliminə ruslar dözə bilməz. Onun dediyinə görə, Abxaziyaya bu növ iqlimə dözə bilən xalqı köçürmək lazımdır. Bu cür xalqı da yunanları və erməniləri göstərdi. Bu fənd ilə rusları aldadaraq ora həmşəriləri köçürdü. Ona kimi onlar Trabzon yaxınlığında yaşayırdılar.
- Bu həmşərilər digər ermənilərdən nəsə fərqlənirlərmi?
- Yox, onlar arasında elə bir mühüm fərq mövcud deyildir. Necə ki, kartlilər ilə kaxetlilər arasında olan fərq kimi.
- Abxaziyaya erməniləri böyük miqdarda köçürmüşlər?
- Bir neçə min nəfər köçürmüşlər. Ruslar sonralar başa düşdülər ki, ermənilər onları aldatdı. Deyirdilər ki, əgər rusu dişləyən ağcaqanad ermənini dişləmirmi? Hay-küy də qaldırdılar , amma artıq gec idi. Ermənilər artıq Abxaziyada yaxşıca yerləşmişdilər. Bu, ermənilərin köçürülməsinin ilk mərhələsi idi. İkinci mərhələ sovet dövründə başladı. Ötən əsrin 70-ci illərində hər cür sovet əngəlləri aradan götürüldü, partiya rəhbərləri rüşvətxorlara çevrildi. O dövrlərdə ermənilərin katalikosu Vazqen idi. O, gənc ermənilərə pul verərək Abxaziyaya göndərirdi.
-Hansı missiya ilə?
- Orda məskunlaşa idilər. Onlar rüşvət verərək Abxaziyada qeydə alınırdılar.
- Bu rüşvəti ruslara və abxazlaramı verirdilər?
- Onlar rüşvəti gürcülərə verirdilər. Onlar da erməniləri qeyd-şərtsiz Abxaziyaya yazırdılar. Vazqenin sayəsində Abxaziyaya çoxlu erməni köçdü.
- Deyilənə görə, ermənilərin Abxaziyaya köçürülməsi prosesi yenə də davam edir.
Yenə də davam edir. Mövcud informasiyaya görə, ermənilərin sayı abxazların sayından artıq olmuşdur.
- Ekspertlər güman edirlər ki, tezliklə Rusiya ilə Ermənistan arasında Abxaziya ciddi qarşıdurmaya səbəb olacaqdır. Sizin fikrinizcə, belə bir şey ola bilərmi?
- Tamamilə gözlənilir. Mənə bunu deməyə ermənilərin təbiəti əsas verir. Ermənilər sayca artıq olduqlarını hiss edəndə öz iddialarını irəli sürürlər.
- O fakt da məlumdur ki, ermənilər Abxaziyanı hələ yenə müharibə dövründə kiçik Ermənistan kimi xatırlayırdılar.
- Belə faktlar vardır. Abxaziyada döyüş əməliyyatları başa çatdırılanda, ermənilər, sən demə, «Abxaziya naşa malenkaya Armeniya» - deyə bağırırlarmış. Mən və Temur Mibçuani «Baqramyan erməni alayı - Abxaziyada gürcülərin soyqırımı» adlı kitabını yazdıq. Əvvəlcə bu kitab gürcü dilində nəşr olundu. Bu il isə kitab rus və ingilis dillərində də nəşr edildi. Bu kitab üzərində işləyərkən biz çox maraqlı material əldə etdik. Kitabda müşahidəçilərin ifadələrindən istifadə olunmuşdur. Bu insanlar bilavasitə Baqramyan alayı döyüşçülərinin törətdikləri qəddarlıqları öz gözləri ilə görmüşlər. Lakin onların gördükləri işləri xatırlayana kimi ruslar ilə ermənilər arasında mümkün qarşıdurma barəsində danışacağam. Tezliklə ermənilər ilə abxazlar arasında ciddi qarşıdurmanın baş verəcəyini istisna etmirəm. Artıq o da aydındır ki, ruslar hazırda ermənilər üzərində seçim edirlər.
- Ermənilər üzərində seçimin edilməsi nə deməkdir?
- Abxazlar artıq başa düşürlər ki, Rusiyanın təhriki ilə nədən ötrü mübarizə apardılarına nail olmadılar.
-Müstəqilliyimi nəzərinizdə tutursunuz?
- Müstəqilliyi nəzərdə tuturam. Abxazlar artıq başa düşdülər ki, onlar Rusiyanın müstəmləkəsinə çevrildilər. Abxazlar artıq buna qarşı bəyanatlar verdilər. Ruslar bu barədə artıq əla məlumatlanıblar. Buna görə də aksenti yavaş-yavaş ermənilərin üzərinə edirlər. Gələcəkdə onlar arasında güman ki, ciddi qarşıdurma baş verəcəkdir, hələlik isə bir-birilərini yaxşı başa düşürlər. Abxazlar isə rusları artıq etibarsız xalq kimi hesab edirlər. Bir neçə on ildən sonra abxazların ola bilsin ki, kökü kəsilsin. Əgər heç bir şey dəyişməsə Abxaziyada abxaz toxumu bir daha qalmayacaqdır. Abxaziyaya isə tamamilə ermənilər yiyələnəcəkdir. Abxazları yalnız gürcülər xilas edə bilər. Bu barədə abxazlar artıq ciddi düşünürlər və günlərin bir günündə onların gürcülərdən geri qayıtmasını xahiş edəcəyini istisna etmirəm.
- Gəlin, Baqramyan alayı barəsində də danışaq. Belə bir fikrə görə Abxaziyada yaşayan erməniləri ona zorla üzv edirdilər. Bu barədə nə deyə bilərsiniz?
- Mən indi sizə balaca bir bəyanat oxuyacağam: «Erməni silahlı dəstəsi Ermənistanda deyil, eləcə də ermənilərin sığınacaq tapdığı başqasının vətənində yaradılmışdır. Bu, tamamilə mühüm və fəxr olunası hadisədir. Biz, Abxaziyada yaşayan ermənilər Abxaziyanı öz vətənimiz hesab edirik və Baqramyan adına erməni alayının yaradılması ilə fəxr edirik. Qeyd etmək lazımdır ki, bu müharibə zamanı biz, erməni xalqı hərəkətlərimizin məğzini yaxşı başa düşürdük. Nəyi də edirdiksə, məcburi və qorxu ilə deyil, istək-arzularımız ilə və vətənə məhəbbət hissi ilə edirdik, Erməni xalqı başa düşürdü ki, onun yeganə məqsədi Abxaziyanı gürcü işğalçılarından azad etmək idi».Bu bəyanat Levon Markaryana məxsusdur.
- Levon Markaryan kimdir?
- Kimdir də , bu alayın yardılmasının təşəbbüskarıdır. Məncə, bu bəyanatdan aydınca görünür ki, bu alayı abxazlar və ruslar zor tədbiq etməklə yaratmamışlar. Erməni mətbuatı bu günə qədər təstiq edir ki, ermənilərə bu alayı avtomat ilə qorxudaraq yaratmağa məcbur etmişlər. Alayın təsisçilərindən birinin özü deyir ki, biz öz istəyimiz ilə yaratdıq. Bundan sonra məncə bu alaya kimisə zorla üzv etmələrinin təstiq edilməsi artıqdır.
- Abxaziya müharibəsi zamanı lap çox amansızlıqlar törədilmişdir. Abxaz jurnalistləri yazırlar ki, ən çox qəddarlıqları ilə məhz elə Baqramyan alayının döyüşçüləri fərqlənirdilər. Siz ermənişünassınız və onların təbiətini yaxşı bilirsiniz. Belə amansızlıqları niyə edirdilər?
- Məncə, qəlblərindəki intiqam hissi bu amansızlıqları törətdirirdi. Onların amansızlıqlarını başqa cür izah edə bilmərəm. Dediyim ki, kitabda qadınlara, qocalara və uşaqlara necə əzab vermələri barəsində sənədli materiallar göstərilmişdir. Hərəkət edən məşəlləri onlar düşünmüşlər.
-Hərəkət edən məşəllər nə deməkdir?
- Diri adamları şinlərin içinə salırdılar. Bu şinlərə od vururdular . Bu şinləri diyirlədirdilər və onları hərəkət edən məşəl adlandırırdılar. Hamilə qadınların qarnını yarıb, hələ doğulmamış uşağı çıxardaraq öldürürdülər. Çox amansızlıqlar törətmişlər.
- Onların qəddarlıqlarından danışmaq bizi uzaqlara aparar. Bu doğrudan da dəhşət idi və buna kimsə cavab verməlidir. Halbuki, onu da unutmaq olmaz ki, yüzlərlə erməni Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermişdir.
- Bunu doğrudan da unutmaq olmaz; ermənilər bizim tərəfdə də kifayət qədər mübarizə aparırdılar. Gürcüstanın müdafiəsində çoxları da həlak oldu. Bu insanlara biz həmişə təzim edirik. Ermənilərin təbiətini və tarixini yaxşı bilirəm. Buna baxmayaraq, hər halda onların bizə qarşı nifrətinin hardan gəldiyini heç cür izah edə bilməmişəm. O da çox pis haldır ki, Ermənistanda gəncləri Baqramyan adına alayın döyüşçülərinin nümunəsi ruhunda böyüdürlər.
- Bizim hakimiyyətin bəzi nümayəndəsi təstiq edir ki, İrəvanda Baqramy1an alayına görə utanırlar.
- Kimlərsə doğrudan da utanır. Mən bir hadisəni nəql edəcəyəm və sonra oxucunun özü mühakimə etsin, utanırlar, ya yox. Gürcü rəssamlarından biri ötən il İrəvanda idi. Bu rəssam əslən Abxaziyadandır. İrəvanda nəsə tədbirdə iştirak edirdi. Bu tədbirdə çıxış edənlər gəncləri düşmən ilə Baqramyan alayının gürcülərə qarşı mübarizə apadıqları kimi mübarizə aparmağa çağırmışdır. Bu nə deməkdir? Onlar bu alayın törətdiklərinin təlqin olunmasını nümunə kimi göstərirlər. Böyük hərbi istedadları ilə və hərəkətləri ilə onlar fərqlənmirdilər. Onlar özlərini dinc əhalini məhv etmələri ilə tanıtmışlar.
- Ermənistan hakimiyyətivə ya bu cəmiyyət Baqramyan alayının törətdikləri yaramazlıqlara görə üzr istəmişdirmi? Vaxtilə Çeçenistan prezidenti Masxadov gürcülərdən iki dəfə üzr istəmişdir. Bir neçə tarla komandiri də üzr istəmişdir.
- Üzr istəmək həlak olanları dirildə bilməz, halbuki, hər halda bu yaxşı jestdir. Çeçenlər üzr istəmələrini yaxşı etdilər. Masxadovdan heç kim üzr istəməyi tələb etmədi. O bunu öz istəyi ilə etdi. Ermənistan hakimiyyətindən isə şəxsən mən dəfələrlə xahiş etdim. Müharibədən bir neçə il sonra Ermənistan Yazıçılar İttifaqının sədrinə və patriarxa məktub göndərdim. Bu məktubda onların üzr istəmələrini xahiş edirdim. Niyə belə etmələrini də əsaslandırırdım. Üzr istəməyənə kimi bizim aramızda etimad axıra kimi bərqərar olmayacaqdır. Öz məktubumda elə bu barədə yazırdım. Onlardan heç bir cavab almadım. Xeyli cözlədim, sonra durub ikinci bir məktub yazdım.
- Yenə də üzr istəməyi xahiş edirdiniz?
-Sözsüz, bu məktubu Ermənistan patriarxına və prezidentinə yazdım. Baxın, nə yazırdım: « Abxaziyanın qanlı dövrü on ildən artıqdır ki, başa sona yetmişdir. Rusiya Gürcüstanın qədim ərazisin - Abxaziyanı işğal etdi və orada separatist rejim bərqərar etdi. Gürcülərə qarşı ruslar il abxazlar, şimali qafqazlılar ilə yanaşı Baqramyan alayı da mübarizə ararırdı. Bu alay özünün xüsusi qəddarlıqları ilə fərqlənirdi. Onlar dinc gürcü əhalisi ilə amansızcasına rəftar edirdilər. «Qəhrəmanlıqlarına görə» 15 nəfər erməni silahlı döyüşçüsünə Abxaziyanın xalq qəhrəmanı adı verilmişdir. Onların «qəhrəmanlıq» işlərini təstiq edən çoxlu materiallar mövcuddur. Bu materiallar rus və ingilis dillərində artıq nəşr olunmuşdur. Xatırlatmaq istəyirəm ki, 1918-ci ildə Ermənistanın daşnak hökuməti menşevik Gürcüstana qarşı müharibəyə başladı. Həmin müharibə zamanı Ovanes Tumanyanın bir neçə ovladı İrəvanda qaldı. Ovanes onlara məsləhət görərək deyirdi ki, gürcülərə qarşı müharibədə iştirak etməyin, qarğışlayaram, bir valideyn kimi sizi lənətləyərəm. Bu, qardaşlığın və sevginin böyük nümunəsi idi. Abxaziya müharibəsi zamanı Ermənistan Yazıçılar İttifaqının sədrindən erməni silahlı dəstələrinin Abxaziyada gürcüləri qırıb - batırmaq işlərini dayandırmaq üçün müraciət yaymasını xahiş etdim. Təəssüf ki, öz deməyim özümə qaldı. Cənablar, indi sizə müraciət edirəm, artıq bir neçə il keçmişdir, lakin Baqramyan alayı tərəfindən törədilən əməllərə dəyər vermirsiniz. Susmaq bu cinayətin doğrudulmasına bərabər kimi qəbul olunur. Bu isə böyük Ovanes Tumanyanın varislərinə yaraşmır...». İrəvandan isə bu məktüba da cavab almadım...
- Üzr istəməyin nə mənası var, bayaq özünüz də dediniz ki, üzr istənilməklə həlak olanları dirildə bilmərik.
- Üzr istəmək mütləq lazımdır. Üzr istəməklə Ermənistan hakimiyyəti öz mövqeyni aşkarlayacaqdır. Əks təqdirdə onların mövqeyi Abxaziyada törədilənlərə haqq qazandırmaq kimi qəbul ediləcəkdir. Mən Ermənistan prezidentinə 1915-ci ildə türklərin ermənilərə etdikləri soyqırımı xatırlatdım. Ermənilər bunu bü gün də unuda bilmirlər və onlar üzr istəməyənə qədər biz də Abxaziyada gürcülərə qarşı etdikləri soyqırımı unuda bilməyəcəyik.
- Üzr istədikləri təqdirdə o qəddarlıqları unuda biləcəyikmi?
- Unutmayacağıq və unutmamalıyıq da. Üzr istəmək ona görə lazımdır ki, bizim aramızda etimad bərqərar olunsun. Bu gün erməni təşkilatları bir neçə kilsə barəsində bizə qarşı iddia irəli sürürlər. Onlar bizi mədəni soyqırımında ittiham edirlər. Bizim hakimiyyət onların erməni kilsələrini geri qaytarmağa hazırdır. Bu, çox yaxşı hərəkətdir. Halbuki, ona kimi, bu kilsələrin həqiqətən erməni kilsələri olub-olmamaları müəyyən edilməlidir. Bunun müəyyən olunmasından sonra erməni kilsələri ermənilərə qaytarılmalıdır. Bizim hakimiyyət buna hazırdır. Mənim fikrimcə, bu, Ermənistan hakimiyyəti üzr itəməyincə baş verməməlidir. Ermənilərin patriarxı da üzr istəməlidir. Əks təqdirdə bizim aramızda etimad bərqərar olunmayacaqdır. Yoxsa da, biz əsrlər boyu dostluq şəraitində yaşamışıq. Doğrudur, ermənilər hərdənbir bizə xəyanətkarlıqlar edirdilər, lakin hər halda bizi bir-birimizə böyük dostluq bağlayır. Baqramyan alayı isə bizim əlaqələrimizi ola bilsin ki, bozsun.
- Necə düşünürsünüz, rəsmi İrəvan niyə üzr istəmir?
- Bu barədə bir şey deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, onların susmağı alay tərəfindən törədilən qəddarlıqlara bəraət qazandırmaq kimi qəbul edilir. Ümidvar olmalıyıq ki, bu qəddarlıqlar üçün onlar mütləq üzr istəyəcəklər.
Gürcü dilindən tərcümə edəni Mirzə Məmmədoğlu
«Axali taoba» («Yeni nəsil») qəzeti 25 dekabr 2009-cu il.
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.