Qalaktion Tabidze!

Qalaktion Tabidze!Qalaktion Tabidze!

Hətta alın yazısının altına belə, imzasını qoymuş şair!
Sabah onun ad günüdür!


Şəkli ilə bərabər ömür-gün yoldaşı Olqa Okucavanın (tanınmış şair Bulat Okucavanın bibisi) və Qalaktionun ilham pərisi sayılan Meri Şervaşidze-Eristavinin şəkillərini də paylaşıram.

O.Okucava 1941-ci ildə "antisovet təbliğat"a görə güllələnmişdi.

M.Şervaşidze-Eristavi isə 1986-cı ildə Parisdə Qocalar evində vəvat etmişdi.

Şeirə gəlincə, Qalaktionun ad günü ilə deyil, intiharı ilə bağlıdır:


***
Qalaktion Tabidze! Qalaktion Tabidze!
Hər məmləkət
düşüncə azadlığı adıyla
bir açıq pəncərə saxlayar
yuxarı mərtəbələrdə;
saxlayar şairlər üçün məxsusi:
nə bilmək olar
bəlkə hansı şairsə
günün alatoran vaxtı
özünü atdı oralardan...
...axı ucalıqlar həm də yaxındır Yaradana!
Arada-sırada
o açıq pəncərədən atlanar şairlər –
Qalaktion misallı;
sanki bir qalaktikadan
o biri qalaktikaya
usdufca atlanmaq kimi...
Elə sabahı gün məmləkətdə
“intihara yox!” kampaniyası başlayar;
bir post skriptum da yazarlar altına:
dünya – bir pəncərədir,
hər gələn baxar gedər...
...Tiflisdə günəş hər səhər
ilk olaraq o açıq pəncərəyə boylanar...
...və bir dalandar ağlayar Qalaktion körpüsündə;
süpürər gözləri qızarmış üfüqlərə qədər
göz yaşları...

İbrahimxəlil

ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: