ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB

ÇAĞDAŞ GÜRCÜ-AZƏRBAYCAN POEZİYA ANTALOGİYASININ TƏQDİMATI OLUB2020-ci il sentyabrın 24-ü Tbilisidə Heydər Əliyev adına parkda yeni nəşr edilmiş “Şəfəqlərin işıqlandırdığı yol” adlı çağdaş Gürcü-Azərbaycan poeziya antalogiyası kitabının təqdimatı keçirilib.

Tədbirdə kitabda şeirləri yer alan müəlliflər, Gürcüstanın Mədəniyyət Nazirliyinin nümayəndələri, poeziya sevərlər iştirak ediblər.

Kitabın təqdimatı ilə yanaşı açıq səma altında Azər Musaoğlu və İvane Kezuanın rəsm əsərləri də sərgilənib.


ZiM.Az “Yeni Yol”a istinadən xəbər verir ki, Gürcüstan Yazıçılar Birliyinin bu birliyin Azərbaycan bölməsi ilə birgə hazırladığı kitab Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin xətti ilə “Merani” nəşriyyatında işıq üzü görüb.

Kitabdakı şeirlər gürcü və Azərbaycan dillərindədir.
Antalogiyada yer alan 21 şairin arasında Lətif Mustafaoğlu, Allahverdi Təkləli, İmir Məmmədli, Nurafiz, Tapdıq Yolçu, Xəqani Qayıblı, Dəyanət Osmanlı, Rafiq Hümmət, Etimad Başkeçid, Azər Musaoğlu və Coşqun Cəfər də var.

Qeyd edək ki, Gürcüstan Yazıçılar Birliyinin sədri Bağater Arabuli, həmin birliyin Azərbaycan bölməsinin rəhbəri isə Allahverdi Təkləlidir.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: