
Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin sərəncamı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, TÜRKSOY Yazıçılar Birliyinin fəxri prezidenti, Xalq yazıçısı Anara “Dostluq” ordeni təqdim olunub.
2023-cü il martın 29-da Özbəkistanın Nəvai şəhərində, “Fəhad” Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistan prezidentinin müşaviri Xayraddin Sultanovun iştirakı ilə ordenin təqdimetmə mərasimi keçirilib.
Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid, Qazaxıstan və TÜRKSOY Yazıçılar Birlyinin sədri Esdövlət Uluqbəy, Qırğızıstan, Tatarıstan, Başqırdıstan yazıçı təşkilatlarının rəhbərləri, Türkiyə Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və İLESAM-ın rəhbərləri, Özbəkistanın tanınmış və mədəniyyət ədəbiyyat xadimləri, hökumətin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.