
TƏBRİK EDİRİK!..
2023-cü il martın 6-daAnkarada, TÜRSKOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) iqamətgahında türk dünyası ədəbi mühiti üçün ciddi hadisə baş verib, türk dövlətləri yazıçı təşkilatları rəhbərlərinin iştirakı ilə TÜRKSOY Yazarlar Birliyinin quruluş toplantısı keçirilib.
zim.az turksoy.org-a istinadla xəbər verir ki, TÜRKSOY Baş katibi Sultan Rayevin ev sahibliyi etdiyi toplantıda Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlət, Özbəkistan Yazıçılar Birliyinin sədri Sirəcəddin Səyyid, Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlan Qalıbəyov, Türkiyə Yazarlar Birliyi İdarə heyətinin üzvü Mahmud Ərdəmir, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Türkmənistanın Ankaradakı səfirliyinin II katibi Handuri Turayev iştirak ediblər.

“Bu gün TÜRKSOY-un çətiri altında toplanmağımızın əsas səbəbi türk xalqları ədəbiyyatının gələcyini müzakirə etmək, türk dünyası ədəbiyyatlarının, ədəbi mühitlərin arasındakı əlaqələri gücləndirmək, bir körpü salmaqdır. TÜRKSOY-un müqəddəs vəzifəsi türk boylarının mədəniyyətinə sağlam körpü olmaq, mədəniyyət, xüsusən ədəbiyyat vasitəsi ilə qardaş türk boylarını yaxınlaşdırmaq, birliyə, bərabərliyə dəvət etməkdir. Unutmaq lazım deyil ki, ədəbiyyat mədəniyyətin şah damarındakı qandır”.
Daha sonra Səlim Babullaoğlu, Uluqbəy Esdövlət, Sirəcəddin Səyyid, Nurlan Qalıbəyov, Mahmud Ərdəmir, Yaqub Öməroğlu, Handuri Turayev çıxış edərək məsələ ətrafındakı fikir və təkliflərini səsləndiriblər.

Daha sonra TÜRKSOY Yazarlar Birliyinin sədri, fəxri sədri və sədr müavinləri seçilib.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar TÜRKSOY Yazarlar Birliyinin fəxri sədri, Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlət TÜRKSOY Yazarlar Birliyinin sədri, Səlim Babullaoğlu, Siracəddin Səyyid, Nurlan Qalıbəyov, Yaqub Öməroğlu, Musa Kazım Arıcan TÜRKSOY Yazarlar Birliyinin sədr müavinləri vəzifəsinə, Murad Qəhrəman isə TÜRKSOY Yazarlar Birliyinin baş koordinatıru vəzifəsinə seçiliblər.
İdarəci struktur, sədr və sədr müvainləri hər 2-3 ildən bir müddət üçün nəzərdə tutulub.
Bu ilin 29-30 mart tarixlərində TÜRKSOY Yazarlar Birliyinin I toplantısının Özbəkistanın Nəvai şəhərində keçirilməsi qərarı verilib.

Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.