"Qafqaz- Media" və "Borçalı" İctimai Birlikləri "Xocalıya ədalət!" adlı anım tədbiri keçirəcək

"Qafqaz- Media" və "Borçalı" İctimai Birlikləri "Xocalıya ədalət!" adlı anım tədbiri keçirəcək 2017-ci il fevralın 26-da saat 17:00-da "Qafqaz - Media" və "Borçalı" İctimai Birliklərinin təşkilatçılığı ilə
Bakının Yasamal rayonundakı
"Filiz Palace" Sarayında
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" (Just for Khojaly) kompaniyasının davamı olaraq,
Xocalı soyqırımının
25-ci ildönümünə həsr olunmuş
anım tədbiri keçiriləcək.


Tədbirin təşkilat komitəsindən
ZiM.Az-a bildiriblər ki, Xocalıda son gündə şəhid olmuş Şöhrət Həsənova həsr olunmuş sənədli film nümayiş olunacağı tədbirdə Azərbaycan Respublikasının Millət vəkilləri, Müdafiə Nazirliyinin əməkdaşları, veteranlar, tanınmış jurnalistlər, xalq artistləri, soyqırımın şahidi olmuş xocalı ailələri, tanınmış araşdırmaçı alimlər, ziyalılar və fəal gənclər iştirak edəcəklər.

"Qafqaz- Media" və "Borçalı" İctimai Birlikləri "Xocalıya ədalət!" adlı anım tədbiri keçirəcək Həmçinin tədbirə xalqımızın igid oğlu Ramin Səfərovun da təşrif buyuracağı gözlənilir.

Tədbirdə soyqırımın 25-ci il dönümü ilə bağlı gənc rəssamlarımızın Xocalı ilə bağlı əl işlərinin sərgisi nümayiş olunacaq.

Tədbir sonrası isə Xocalı soyqırımında amansızca qətlə yetirilmiş insanların adına ucaldılmış "Xocalı abidəsi" tədbir iştirakçıları tərəfindən ziyarət olunacaq.

Tədbirə bütün KİV nümayəndələri dəvətlidir.

Tədbirdə iştirakınız şəhidlərimizin ruhuna hörmət əlamətidir!..

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, "Filiz Palace" Sarayı.
(Azərbaycan Nəşriyyatının yaxınlığında, ATV-yə gedən yolda).


Əlaqə telefonları: 0554870371; 0558377773; 0703187435

ZiM.Az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: