Mayın 27-də İT Step Academydə From Zero to Ceo Konfransı baş tutacaqdır!

Mayın 27-də İT Step Academydə From Zero to Ceo Konfransı baş tutacaqdır! 2017-ci il Mayın 27-də İT Step Academydə From Zero to Ceo Konfransı baş tutacaqdır!

Konfransın əsas məqsədi gənclərdə hirişimcilik ruhunun aşılanması və daha da möhkəmlənməsi və həmçinin onların sahibkarlıq fəaliyyəti zamanı qarşılaşa biləcək risklərə necə qalib gəlməyi öyrətməkdir.

Günümüzdə uğur qazanmış bütün insanların ortaq nöqtəsi "0"-dan kiçik addımlar atmağa başlamalarıdır. Bu konfransda siz "0"-dan başlayıb həm öz həyatlarını, həm də digər insanların həyatını dəyişən CEO - ların dilindən "0"-dan başlamanın önəmini, qarşılaşacağınız çətinliklərin öhdəsindən necə gələcəyinizi, risk etmənin və hər cür nəticəyə hazırlıqlı olmanın önəmini dinləyib bir sözlə-bir girişi olduğunu düşündüyünüz küçələrin, əslində bir neçə çıxışı olduğunu anlayacaqsınız.

Toplam iki hissədən, ümumilikdə 6 spikerin - Elşən Rəhimov- Barattson School of Business & Finance, Founder-CEO, Dos. İsa Qasımov-Technopark İnkubasiya Mərkəzi, CEO, Nigar Köçərli-Əli və Nino kitabevi, Founder-CEO, Tural Yusifov- Dj.Turalla AvtoStop, Founder-CEO, Zaur Darabzadə- Cinema Plus, Founder-CEO, Fərid İsmayılzadə- hesab.az goldenpay, Founder-CEO iştirakından ibarət olacaq konfrans ilk dəfə fərqli formatda- spikerlərin çıxışı kimi deyil, onların müəyyən edilmiş aktual mövzular ətrafında söhbəti olaraq baş tutacaqdır.

Daha ətraflı məlumat və təklifləriniz üçün:
070 856 45 56
051 439 62 17
050 283 21 41
https://www.facebook.com/events/114139229125005/

ZiM.Az

.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: