AMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal olunur

AMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal olunurAMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal olunurAMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal olunur AMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal olunurAMEA Təcrübə-Sənaye Zavodunda müasir üsullarla sürtkü materialları istehsal olunur Sürtkü yağları istehsalı neft emalı, bütovlükdə neft kimyası sənayesində ən vacib sahələrdən biri sayılır.
Xüsusən respublikamızda bu sahə böyük tarixi ənənələrə malikdir.
Hələ ötən əsrin 30-cu illərində - sovet hakimiyyətinin çağdaş zamanında böyük çətinliklərə baxmayaraq xaricdən o dövr üçün müasir olan atmosfer-vakuum qurğuları gətirilərək Çaparidze adına zavodda quraşdırıldı, burada keyfiyyətli avtomobil və təyyarə yağları buraxılmağa başlanıldı.
Bu yağlar aviasiya və tank yanacaqları ilə birlikdə Böyük Vətən müharibəsində qələbənin qazanılmasında həlledici rol oynadı.


Sovet hakimiyyətinin sonrakı illərində respublikamızda yanacaq istehsal edən zavod qurğularında güclü modernləşmə işləri aparılsa da sürtkü yağları sahəsində ciddi irəliləyiş olmadı.

AMEA Aşqarlar Kimyası İnstitunun alimləri uzun illər boyu Azərbaycan neftlərindən alınmış yağ distillatları əsasında bir sıra qiymətli sürtkü yağlarının istehsal texnologiyasını, resepturasını işləyib hazırlamış və məhz bu yağlar üçün münasib olan effektli aşqar kompozisiyalarını yaratmışlar.
Lakin müxtəlif obyektiv və subyektiv səbəblərdən bu məsələ öz geniş həllini tapa bilməmişdir.

Son illərdə AMEA rəhbərliyinin  təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyə dəstəyi sayəsində AMEA-nın Təcrübə-Sənaye Zavodunda (TSZ) Avropa və Dünya standartlarına cavab verən məhdud miqdarda sürtkü materiallarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya – pilot kompleksi yaradılmışdır.

TSZ-nun baş texnoloqu Adil Ağayevin ZiM.Az-a verdiyi məlumata görə, istehsal edilən məhsul nümunələri son vaxtlar respublikamızda müxtəlif fond və təşkilatlar tərəfindən təşkil edilmiş sərgi pavilyonlarında nümayiş etdirilmiş, böyük maraq doğurmuş və bu haqda kütləvi informasiya vasitələri ilə ictimaiyyətə müvafiq məlumatlar verilmişdir. Artıq zavodun istehsal qurğularında Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası institutlarının alimləri və zavodun mütəxəssislərinin birgə əməyi sayəsində strateji əhəmiyyətli, müasir tələblərə cavab verən onlarla adda sürtkü materialının istehsal texnologiyası mənimsənilmiş, lazımi normativ – texniki sənədlər (texniki şərtlər, texnoloji reqlamentlər, təlimatlar, uyğunluq sertfikatları və s.) hazırlanmış, işci və texniki personal təlimatlandırılmışdır.

AMEA rəhbərliyinin göstərişinə əsasən, zavodun mütəxəssisləri Neft-Kimya Prosesləri və Aşqarlar Kimyası institutlarının alimləri ilə birlikdə hazırda yerli xammal bazasında daha geniş çeşiddə sürtkü materiallarının istehsal texnologiyasının mənimsənilməsi və normativ-texniki sənədlərin hazırlanması ilə məşğuldurlar.
Təqribi hesablamalara görə, Azərbaycanda hər il 80 min ton sürtkü materialı istehlak olunur ki, bunun da təxminən yarısı avtomobil yağlarının payına düşür.
Böyük əminliklə demək olar ki, müvafiq dövlət qurumlarından təşkilati və maliyə dəstəyi olarsa, TSZ yaxın bir neçə il ərzində respublikada istehlak olunan sürtkü materialları istehsalının təxminən 50%-ni öz öhdəsinə götürə bilər. Bunun üçün zavodda lazım olan bütün infrastruktur, peşəkar mühəndis-texniki personal, həmçinin AMEA-nın sahə institutlarının elmi potensialı mövcuddur.

Nərgiz Qəhramanova,
AMEA Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin
Elektron informasiya şöbəsinin rəis müavini,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: