«28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü»

«28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü»«28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü»«28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü»Aprelin 27-də
Azərbaycan Həmkarlar
İttifaqları
Konfederasiyasının (AHİK)
Ümumdünya
əməyin mühafizəsi
gününə (28 aprel)
həsr olunmuş
«Sağlam və təhlükəsiz əmək
şəraitinin yaradılması üzrə
ilin ən yaxşı müəssisəsi»

Respublika müsabiqəsi
qaliblərinin
mükafatlandırılması
mərasimi keçirilib.

Tədbirdə AHİK sədri,
Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının
vitse-prezidenti, millət vəkili
Səttar Mehbalıyev

çıxışında tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, dövlət orqanlarının, ictimaiyyətin, mütəxəssislərin diqqətini əməyin mühafizəsi problemlərinə yönəltmək məqsədi ilə həmkarlar ittifaqları ənənəvi olaraq hər il «28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü»nü geniş şəkildə qeyd edir.
Tədbirlər planına əsasən mart-aprel aylarında 16 bölgə tematik seminarları keçirilib. Seminarlarda regionlar üzrə dövlət əmək müfəttişləri və rayon icra hakimiyyətiin nümayəndələri, 90 şəhər və rayon müəssisə və təşkilatlarının həmkarlar ittifaqı komitələrinin və əməyin mühafizəsi mütəxəssislərinin 1300-dən artıq nümayəndəsi iştirak edib.
Tədbirin sonunda Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlıya "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə
ilin ən yaxşı müəssisəsi"
nin
qalibi kimi AHİK-in diplomu və
qiymətli hədiyyəsi təqdim olunub.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: