AMEA Neft-Kimya Prosesləri İnstitutunun “İctimai əlaqələr” şöbəsinin müdiri Zaur Ağamalıyev Zim.Az-a bildirib ki, AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov sonra “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ilə geniş fikir mübadiləsi aparılıb. Əməkdaşlıq məsələləri müzakirə olunub. Qorxmaz Hüseynov yaxın və uzaq perspektiv planlar haqqında məlumat verib, elmi və praktiki əməkdaşlıq sahəsində birgə fəaliyyətin məqsədə uyğunluğunu qeyd edib. Razılaşdırılıb ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə imzalanmış memoranduma uyğun olaraq əməkdaşlıq müqavilələri hazırlansın. Geniş əməkdaşlıq spektrləri müəyyənləşdirilib.
Akademik Vaqif Abbasov yeni su təmizləmə sisteminin elmin ən son nailiyyətləri əsasında qurulduğunu, ölkəmiz və xüsusən də onun paytaxtı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Eyni zamanda ölkənin əksər yaşayış məskənlərinin yüksək keyfiyyətli içməli su ilə təmin edilməsini, əksər rayon mərkəzlərində mərkəzləşmiş su-kanalizasiya sistemlərinin yaradılmasını “Azərsu” ASC-nin böyük uğuru kimi dəyərləndirib. Çünki keyfiyyətli su sağlamlıq, uzun ömürlülük deməkdir.
Müşfiq BORÇALI,
Zim.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.