Ədəbiyyat İnstitutunun şöbə müdiri,
tanınmış alim, filologiya elmləri doktoru
Almaz Ülvi Binnətova Türkiyənin
İstanbul şəhərində keçirilən
“Keçmişdən Gələcəyə
Xoca Əhməd Yəsəvi”
Beynəlxalq Simpoziumunda
iştirak edib
26-28 sentyabr 2016-cı ildə Türkiyənin
İstanbul şəhərində keçirilən
“Keçmişdən Gələcəyə Xoca Əhməd Yəsəvi” adlı Beynəlxalq Simpoziumda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru
Almaz Ülvi Binnətova
“Əlişir Nəvainin “Nəsaim ul-məhəbbət” təzkirəsində Xoca Əhməd Yəsəvi izləri” adlı
məruzə ilə çıxış etmişdir.
Simpozium İstanbul Üniversitetinin
Ədəbiyyat Fakültəsinin dekanlığı və
İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Abay Universiteti (Qazaxıstan), Türk Akademiyası və Türk Ocaqları İstanbul Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, “Keçmişdən Gələcəyə Xoca Əhməd Yəsəvi” adlı Beynəlxalq Simpozium 24-26 oktyabr 2016-cı il tarixlərdə Qazaxıstanın Almatı şəhərində davam edəcəkdir.
Görkəmli nəvaişünas
Prof.Dr.Kemal Arslan (Türkiyə) ilə birgə
simpoziumda,
27-29 sentyabr, 2016, İstanbul
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.