Tədbiri giriş sözü ilə Fizika İnstitutun İnnovasiya və Transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri Ayaz Bayramov açıb. O tədbirin əhəmiyyətindən danışıb, belə tədbirlərin elmi nailiyyətlərin təbliğində önəmli yer tutduğunu vurğulayıb. Qeyd edib ki, 2014-cü ildə təşkil olunmuş I Elm Festivalı böyük maraqla qarşılanmışdır.
Daha sonra AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnsitututunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmovanın “Qlobal iqlim dəyişiklikləri və ölkəmizin ərzaq təhlükəsizliyi”, Fizika İnstitutunun əməkdaşı, professor Tokay Hüseynovun “Nitritlərin ekoloji əhəmiyyəti: insan sağlamlığı üçün faydası və zərəri”, Azərbaycan Tibb Univeristetinin əməkdaşı Taryel Ömərov “Azərbaycan populyasiyasında aşırı piylənməsi olan xəstələrdə apardğımız bariatrik cərrahi əməliyyatların nəticələri” və digər alimlərin məruzələri dinlənilib.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.