Təbrik edirik, DAVİD MÜƏLLİM!..

Təbrik edirik, DAVİD MÜƏLLİM!..
Təbrik edirik, DAVİD MÜƏLLİM!..Əziz və hörmətli DAVİD müəllim!..

Uzun illərdir ki, Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompyuter texnikası” fakültəsində müəllimlik edirsiniz. Universitetin,
eyni zamanda fakültəmizin professor-müəllim heyəti və tələbə kollektivi arasında böyük nüfuz və hörmət sahibisiniz.

Sizi fakültənin Elmi Şurası adından
və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə ailənizlə, balalarınızla, nəvələrinizlə birlikdə uzun ömür, can sağlığı və bundan sonrakı ömür payınızda xoş günlər arzu edirik.

Əzizimiz DAVİD müəllim, Sizə -
bu müdrik çağınızda, bundan sonra da, fakültənin və Universitetin elmi-pedaqoji-ictimai həyatında səmərəli fəaliyyətinizi daha da uğurla davam etdirməyi, gələcəyimiz olan gənclərimizin tərbiyəsində ürəklə, şövqlə, yorulmaq bilmədən çalışmağınızı arzu edirik!


Hörmətlə:
AzTU-nun “Avtomatika və kompyuter texnikası” fakültəsinin dekanı,
t.e.n., dosent
Həsən Tapdıq oğlu Qurbanov.


REDAKSİYADAN:

"ZİM.Az"-ın bütün yaradıcı heyəti də bu səmimi təbrikə və xoş arzulara qoşulurlar...
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: