AMEA Neft-Kimya Prosesləri İnstitutunun “İctimaiyyətlə əlaqələr” şöbəsinin müdiri Zaur Ağamalıyev ZiM.az-a bildirmişdir ki, 2016-cı ildən Kimya və kimya texnologiya sahəsində çalışan mütəxəsislər tərəfindən yüksək dəyərləndirilən bu elm jurnalının redaksiya heyətinə Azərbaycan alimləri: kimya elmləri doktoru, prof., akademik Vaqif M. Abbasov və texnika elmləri doktoru, professor Leylufər İ. Əliyeva daxil edilmişlər.
Jurnalın dövriyyəsi ildə 3 saydır.
Jurnalda kimya elminin bütün sahələrini əhatə edən bölmələr vardır və bu istiqamətdə olan elmi-tədqiqatların nəticələri müasir səviyyədə çap olunur.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.