“Türkologiya”jurnalının 3-cü sayı çapdan çıxıb

“Türkologiya”jurnalının 3-cü sayı çapdan çıxıb Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu Beynəlxalq “Türkologiya” jurnalının 2016-cı il üçün 3-cü sayı çapdan çıxıb.

Jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində, Türkiyə, Rusiya, Macarıstan, Ukrayna və Azərbaycan alimlərinin məqalələri yer alıb. AMEA-nın Rəyasət Heyətinin qərarı ilə jurnal artıq daha geniş istiqamətləri ehtiva edir. Beynəlxalq elmi jurnalın bu sayında “Türkoloji irs”, “Dilçilik”, “Mədəniyyət və İncəsənət”, “Yazılı Abidələr” rubrikalarında yer alan nəzəri məqalələr, həmçinin “I Türkoloji Qurultay”ın 90 illiyi, dünyada olan “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia”, “Nekroloqlar” bölmələrində toplanan yazılar oxucuların marağına səbəb olacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya” jurnalının ənənələrinin davamı və türkologiyanı təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin mütəxəssisləri üçün də maraqlı etməkdir.


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: