Giriş nitqi ilə çıxış edən Şuranın sədri, dosent Famin Salmanov Fizika-Riyaziyyat və Texnika, Humanitar, Kimya elmləri və Gəncə bölmələrinin hesabatlarının dinləniləcəyini bildirib. F.Salmanov hesabat dövründə bölmələr üzrə Gənc Alim və Mütəxəssislər Şurasının elmi və ictimai fəaliyyətində mühüm işlər görüldüyünü və böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb. GAMŞ-ın sədri elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması, gənc mütəxəssislərin timsalında Azərbaycan elminin dünyaya inteqrasiyası istiqamətində əhəmiyyətli işlər görüldüyünü qeyd edib.
F.Salmanov 2016-cı il üzrə Fəaliyyət Planında nəzərdə tutulan bütün elmi və ictimai tədbirlərin tam şəkildə həyata keçirilməsində ayrı-ayrı bölmələrə daxil olan institutların yerli şuralarının da mühüm rol oynadığını söyləyib.
Sonra Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin GAMŞ-nın katibi, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, Humanitar Elmlər Bölməsinin GAMŞ-nın katibi, dosent Eşqanə Babayeva, Kimya Elmlər Bölməsinin GAMŞ-nın katibi, dosent Faiq Məmmədov və Gəncə Bölməsinin GAMŞ-nın katibi Elnur Həsənov məruzələrində bildirdilər ki, rəhbərlik etdikləri bölmələrə daxil olan institutların yerli şuraları cari ildə bir sıra istiqamətlərdə fəaliyyət göstərib. İl ərzində elmin təbliği, həvəsləndirmə tədbirləri, müsabiqə, olimpiyada və marifləndirmə seminarları təşkil edilib. Müvafiq institut gənclərinin statistik və elmi göstəriciləri, onların həm beynəlxalq, yerli konfranslarda iştirakları, həm də dərc etdikləri monoqrafiyalar və məqalə-tezislərin sayına görə əvvəliki illərlə müqayisədə artım olduğunu vurğuladılar.
Yekunda bölmələrin hesabatı irad və təkliflər nəzərə alınmaqla qəbul olundu.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.