Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda italiyalı alimin məruzəsi dinlənilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda italiyalı alimin məruzəsi dinlənilibMolekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda italiyalı alimin məruzəsi dinlənilib2016-cı il Oktyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçirilib.

AMEA-dan ZiM.Az-a bildiriblər ki, seminarı giriş sözü ilə İnstitutun direktoru, akademik İradə Hüseynov açıb.

Tədbirdə İtaliyanın Milli Tədqiqatlar Şurası Dayanıqlı Bitki Mühafizəsi İnstitutunun (İPSP) əməkdaşı Bianca Elena Masertinin “Omiks yanaşmalar tətbiq etməklə bitkilərin abiotik və biotik streslərə cavab reaksiyalarının aydınlaşdırılması” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi qeyd edib ki, İPSP-nin əsas fəaliyyət istiqaməti kənd təsərrüfatında və meşəçilikdə istifadə olunan bitkiləri xəstəlikdən qorumaq məqsədilə onların biotik və abiotik streslərə cavab reaksiyalarının öyrənilməsidir.

Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

İnstitutun direktoru, akademik İradə Hüseynova omiks yanaşmalar tətbiq etməklə bitkilərin abiotik və biotik streslərə cavab reaksiyalarının aydınlaşdırılması istiqamətində aparılan tədqiqatların əhəmiyyətindən danışıb, bu tədqiqatların xüsusi aktuallıq daşıdığını bildirib.

Daha sonra qonaq institutun laboratoriyalarında aparılan tədqiqatlar və əldə olunan nəticələrlə tanış olub.

Akademik İ.Hüseynova qonağa rəhbərlik etdiyi müəssisənin yaranma tarixi və fəaliyyət istiqamətlərindən, institutun əsasını qoyan akademik Cəlal Əliyevin bu elmi müəssisənin və ümumilikdə Azərbaycan elminin inkişafında göstərdiyi misilsiz xidmətlərdən danışıb.
Diqqətə çatdırılıb ki, institutun tərkibində yeni proteomiks laboratoriyası yaradılıb və bu istiqamətdə kadr hazırlığına başlanılıb.

İtaliyalı alim elmi müəssisələr arasında əlaqələrin yaradılmasının və birgə elmi-tədqiqat işlərinin aparılmasının zəruriliyini vurğulayıb.

ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: