AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunubAMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunubAMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub 09 fevral 2017-ci il fevralın 9-da Birləşmiş Krallığın “Millers Oils LTD” şirkətinin icraçı direktoru Jamie Ryan və şirkətin Biznesin inkişafı departamentinin müdiri Martin Gough Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilə görüşüb.

Akademik Akif Əlizadə
qonaqları salamlayaraq onları Akademiyada görməkdən məmnun olduğunu bildirib. Qeyd edib ki, son illərdə AMEA-da innovasiya fəaliyyətinin effektiv mexanizm və siyasətlərinin qurulması istiqamətində dünya təcrübəsi öyrənilib, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi üçün müvafiq islahatlar aparılıb. Elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi istiqamətində işlərin davam etdiyini deyən akademik
Akif Əlizadə “Millers Oils LTD”
şirkəti ilə əməkdaşlıqdan məmnun qalacaqlarını söyləyib.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, Şirkətin icraçı direktoru Jamie Ryan isə öz növbəsində AMEA ilə əməkdaşlığa önəm verdiklərini və Yüksək Texnologiyalar Parkında yaradılan şəraitdən məmnun qaldıqlarını vurğulayıb. İcraçı direktor qısa zamanda əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirəcəklərini qeyd edib.

Görüşdə AMEA-nın vitse-prezidentləri akademik İbrahim Quliyev və akademik Dilqəm Tağıyev, AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, AMEA Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev və AMEA “Elm və Texnologiya Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Sənan Abdullayev də iştirak ediblər.

Görüşdən əvvəl “Millers Oils LTD” şirkətinin icraçı direktoru Jamie Ryan şirkətin Biznesin inkişafı departamentinin müdiri Martin Gough AMEA-nın Yüksək Texnologiyalar Parkında olub, Elmlər Akademiyası ilə şirkət arasında əməkdaşlıq perspektivlərini öyrənmək məqsədilə istehsal prosesi ilə tanış olublar.

AMEA Rəyasət Heyətinin İşlər İdarəsinin müdiri Fətəli Abdullayev şirkətin nümayəndələrinə Yüksək Texnologiyalar Parkının fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Parkın əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir.
Fətəli Abdullayev Texnologiyalar Parkında müxtəlif mühərrik, kompressor və hidravlik yağları, plastik sürtgü materialları kimi 45 adda innovativ məhsulun istehsal olunduğunu qeyd edib. O, istehsal prosesinin keyfiyyət, ətraf mühit, peşə təhlükəsizliyi və əməyin mühafizəsi üzrə idarəetmə sistemlərinin yüksək standartlara cavab verməsini təsdiq edən ISO sertifikatlarının alındığını vurğulayıb.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: