Azərbaycan Milli Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İnstitutunda
tanınmış ədəbiyyatşünas-alim,
filologiya üzrə elmlər doktoru
Vəli Osmanlının 80 illik yubileyi ilə bağlı
anım mərasimi keçirilmişdir
Tədbiri giriş sözü ilə açan
AMEA–nın vitse – prezidenti,
Ədəbiyyat İnstitutunun direktoru,
Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli
Vəli Osmanlının Azərbaycan ədəbiyyatşünaslıq
elmindəki mövqeyindən danışmış, onun elmi yaradıcılığı
haqqında geniş məruzə etmişdir.
Daha sonra çıxış edən AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun Ədəbiyyat Nəzəriyyəsi
şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru,
professor Tahirə Məmməd Vəli Osmanlının
Azərbaycan romantizminin tədqiqatçısı,
nəzəriyyəçi alim kimi ədəbiyyatşünaslığımızda tutduğu
mövqeyi haqqında əhatəli məruzə etdi.
Tədbir iştirakçılarından Milli Məclisin deputatı, filiologiya üzrə fəlsəfə doktoru Sabir Rüstəmxanlı, professor Məhərrəm Qasımlı, professor Himalay Qasımov, professor Aqşin Babayev Vəli Osmanlının elmi fəaliyyəti haqqında məruzələr etdilər, onun gözəl insani xüsusiyyətləri ilə bağlı xatirələrini bölüşdülər.
Tədbirin sonunda mərhum alimin həyat yoldaşı,
filologiya üzrə elmlər doktoru Sara Osmanlı
Vəli Osmanlının yubiley tədbirinin keçirildiyi üçün
İnstitut rəhbərliyinə, bütün iştirakçılara
öz dərin minnətdarlığını bildirdi.
Tədbirdə Ədəbiyyat İnstitutunun əməkdaşları,
Respublikanın tanınmış ədəbiyyatşünas alimləri,
Vəli Osmanlının əməl və həyat dostları,
ailə üzvləri iştirak edirdilər.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
mətbuat xidməti
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.