“Gənclər günü” münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub.
AMEA Rəyasət Heyətinin aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.AZ-a bildiriblər ki,
AMEA-nın prezidenti,
akademik Aki Əlizadə
İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, Gənclər üçün Prezident Mükafatı laureatı, texnika üzrə fəlsəfə doktoru Suxostat Lyudmila Valentinovna, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun kiçik elmi işçisi Natəvan Soltanova, Coğrafiya İnstitutunun elmi işçisi Samirə Abuşova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı Nərgiz Bayramova və institutun baş laborantı Cəmilə Bayramova, Genetik Ehtiyatlar İnstitutunun kiçik elmi işçisi Səbinə Hacıyeva, Zoologiya İnstitutunun böyük laborantı Səbinə Həsənova, Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafarzadə və Naxçıvan Bölməsinin kiçik elmi işçisi Turac Süleymanovaya Fəxri Fərmanlarını təqdim edib.
REDAKSİYADAN:
Biz də “Gənclər günü” münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunan gənc alimləri ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..
Aysel MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.