Milli Strategiya”dan irəli gələn tədbirlərin AMEA-da icrası ilə bağlı məsələyə baxılıb.
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Zim.Az-a bildiriblər ki, iclasda çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə qlobal iqlim dəyişikliklərinin və təbiətə antropogen təsirlərin intensivləşməsi nəticəsində bioloji müxtəlifliyin azaldığını, ayrı-ayrı növlərin isə məhv olduğunu diqqətə çatdırıb: “Bu, yer üzərində canlı həyatın varlığına böyük təhdiddir. Vəziyyəti nəzarət altında saxlamaq üçün bioloji müxtəlifliyin etibarlı qorunması, bərpası və gələcək nəsillərə çatdırılması, genetik ehtiyatlardan səmərəli istifadə olunması, ekoloji tarazlığın tənzimlənməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir”.
AMEA rəhbəri Prezident İlham Əliyevin 3 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planında digər təşkilatlarla bərabər AMEA-nın da qarşısında müvafiq tədbirlərlə bağlı mühüm vəzifələrin qoyulduğunu söyləyib.
Akademik AMEA-ya tapşırılmış işlərin icrasının təmin edilməsi üçün Akademiyanın strukturları arasında iş bölgüsünü nəzərdə tutan Fəaliyyət Planının hazırlandığını deyib.
Məsələ müzakirə edildikdən sonra Rəyasət Heyətinin qərarı ilə Fəaliyyət Planı təsdiq edilib.
Həmçinin Milli Strategiyanın yerinə yetirilməsi ilə bağlı görülən işlər haqqında informasiyanın toplanması, işlənməsi, hesabatların hazırlanaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinə təqdim olunması, AMEA daxilində, eləcə də Akademiya ilə digər icraçı təşkilatlar arasında əlaqələndirmənin təmin edilməsi məqsədilə işçi qrup yaradılıb.
Aysel MƏDƏDLİ,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.