AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən
ZiM.Az-a bildiriblər ki, görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyanın Səlcuq Universiteti ilə əməkdaşlığının elm və təhsilin inteqrasiyasına təkan vermək, bu sahədə qarşılıqlı, faydalı münasibətləri qurmaq baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin səmimi qəbula görə məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, AMEA-nın elmi müəssisələri ilə universitet arasında kadr və təcrübə mübadiləsinin aparılması əlaqələrimizin möhkəmlənməsi ilə yanaşı, təhsil və elmin inkişafına da mühüm töhfələr verəcək.
Sonra tərəflər əməkdaşlıqla bağlı müzakirə aparıblar. Razılığa əsasən, AMEA-dan magistrant və doktorantlar Mövlanə Mübadilə Proqramında iştirak edə biləcəklər. Sənəd akademik fəaliyyət, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsini, bu istiqamətdə layihə və inkişaf proqramlarının həyata keçirilməsini, o cümlədən tərəflər arasında kadr mübadiləsini nəzərdə tutur. Memoranduma əsasən hər iki qurum birgə elmi video konfrans və görüşlər də keçirəcəklər.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini Zərifə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov və SU-nun professoru Alattin Aköz də iştirak ediblər.
Sonda sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və SU-nun rektoru, professor Mustafa Şahin imzalayıblar.
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.