AMEA Rəyasət Heyətinin aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, alimlər məntəqədə torpaqların mühafizəsi, münbitliyinin artırılmasına dair mövcud standart və normativlərə əməl olunması vəziyyəti ilə tanış olublar. Həyata keçirilən tarla təcrübələrilə yaxından maraqlanan AMEA rəhbərliyi arpa, buğda və digər əkin sahələrinə, müxtəlif sort tərəvəz bitkilərinin məhsullarına baxış keçiriblər.
AMEA rəhbərliyi Xızı Dayaq Məntəqəsində çalışan mütəxəssislərlə qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar müzakirə aparıb, müvafiq tapşırıqlar verib. Görüşdə aqrar sektorun, o cümlədən heyvandarlığın inkişafında, əhalinin ayrı-ayrı kənd təsərrüfatı məhsullarına olan təlabatının ödənilməsində torpaq münbitliyinin yaxşılaşdırılması, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahəsinin mühafizəsi, otlaqların yaxşılaşdırılması və bitkilərin botaniki zənginliyinin qorunub saxlanılmasının vacibliyindən bəhs edilib. Ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyi dövrdə aqrar sahənin elmi biliklər əsasında modernləşdirilməsinin önəmindən danışan AMEA rəhbəri Xızı Dayaq Məntəqəsində çoxsahəli aqrokompleksin yaradılmasının bu sahədəki işin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Aqrokompleksin ilkin layihələrinin hazırlanmasına dair müvafiq göstərişlər verən AMEA rəhbərliyi əkinçilik mədəniyyətinin yüksəldilməsi, elmin istehsalatla əlaqəsinin möhkəmləndirilməsi, bu sahəyə aid texnologiyanın təkmilləşdirilməsi və müasir texnologiyadan geniş istifadə olunması, elmi-texniki nailliyyətlərin və qabaqcıl təcrübənin həyata keçirilməsinin tələb olunduğunu bildirib.
Aysel MƏDƏDLİ,
ZiM.AZ
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.