AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilibAMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib 2018-ci il Fevralın 9-da
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının növbəti iclası keçirilib.


AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsi
ndən
ZiM.Az-a bildiriblər ki,
tədbirdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrin direktorları, Rəyasət Heyətinin idarə rəisləri və digər məsul əməkdaşları iştirak ediblər.

Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Akademiyanın 500-dən çox əməkdaşının DİM-in həyata keçirdiyi buraxılış və qəbul imtahanlarının, elmi-metodiki monitorinqlərin keçirilməsində, tədris vəsaitlərinin hazırlanmasındafəal iştirak etdiklərinə və öz öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə təşəkkür məktubunu iclas iştirakçılarının diqqətinə çatdırıb.
AMEA rəhbəri bildirib ki, dərslik və dərs vəsaitlərinin mükəmməlliyi, elmi biliklərin tədris ədəbiyyatında lazımi şəkildə yer alması üçün akademiyanın alim və mütəxəssislərinin gələcəkdə də bu istiqamətdə fəaliyyəti olduqca vacibdir.

Sonra iclasda baza kafedralarının fəaliyyəti haqqında müzakirə aparılıb. Məsələ ilə bağlı
akademik Akif Əlizadə çıxış edərək, Akademiyanın elm və təhsilin inteqrasiyası istiqamətində aktiv çalışdığını və bunun göstəricisi olaraq, AMEA-nın institutlarında müxtəlif universitetlərin 16 baza kafedrasının fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, hazırda AMEA-nın elmi müəssisələrində təşkil olunan təcrübə mərkəzlərində ali təhsil müəssisələrinin tələbələri yüksək səviyyədə praktiki biliklər əldə edirlər. AMEA prezidenti gələcəkdə elmi müəssisələrdə baza kafedralarının sayının artırılması və onların fəliyyətinə dair normativ hüquqi bazanın yaradılması barədə tapşırıq verib.

AMEA rəhbəri ötən il yüksək elmi nailiyyətlər əldə etmiş bir qrup alimə “AMEA-nın professoru” elmi adının verildiyini söyləyib. O, həmin alimlərin elmi-tədqiqat işlərinə, elmi kadrların hazırlanması prosesinə daha aktiv cəlb edilməsinin vacibliyini qeyd edib və bu barədə AMEA-nın elmi bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Akademik Akif Əlizadə qeyd edib ki, alimlərin elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılması Akademiyanın çoxşaxəli islahatlarının tərkib hissəsidir.

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib Gündəlikdə növbəti məsələ Avropa İttifaqının “Erasmus+” proqramının “NİZAMİ” layihəsinin icrası ilə bağlı tədbirlərin həyata keçirilməsi haqqında olub. AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi,
AMEA-nın müxbir üzvü
Əminağa Sadıqov
vurğulayıb ki, “NİZAMİ” layihəsinin həyata keçirilməsi "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər planında yer alıb. İdarə rəisilayihədə AMEA ilə yanaşı, Təhsil Nazirliyinin, ölkəmizin doqquz aparıcı universitetinin,habelə Almaniya, Fransa, İspaniya, İsveç və Çexiyanın beş nüfuzlu universitetinin iştirak etdiyini bildirib. O, qeyd edib ki, 2015-ci ildən həyata keçirilməyə başlanan layihə cari ilin oktyabr ayında başa catacaq. Ə.Sadıqov layihə çərçivəsindəölkəmizdə doktorantura təhsilinin təkmilləşdirilməsi və Vahid Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması ilə bağlı həyata keçirilmiş işlər haqqında yekun hesabatın, müvafiq təklif və tövsiyələrin hazırlanacağını, doktoranturada təhsil alanlar haqqında milli elektron portalın yaradılacağını deyib. Ə.Sadıqov onu da əlavə edib ki, layihə iştirakçısı olan xarici universitetlərlə birgə növbəti tədbir İspaniyada olacaq.

Sonra AMEA-nın müxbir üzvü Ə.Sadıqov AMEA-da doktorantura və dissertanturaya qəbul haqqında məsələ ilə bağlı təqdimatlaçıxış edib. İdarə rəisi AMEA-nın prezidentinin Akademiyada fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbulun həyata keçirilməsi barədə 25 dekabr 2017-ci il tarixli Sərəncamını xatırladıb. Təqdimatda doktorantura və dissertanturada plan yerləri və sənəd verənlərin sayına dair statistik məlumatları açıqlayıb.

AMEA-nın müxbir üzvü Ə.Sadıqov 2017-cı ilin qış imtahan sessiyasının yekunlarını təqdim edərək ixtisas, fəlsəfə fənni və xarici dil üzrə doktorant və dissertantların doktorluq imtahanlarının nəticələrini diqqətə çatdırıb.
Həmçinin 2018-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun gedişi barədə məlumat verib.

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib Tədbirdə Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva gündəlikdə yer alan AMEA-nın “HORİZON-2020” beynəlxalq proqramında iştirakına dair məsələ ilə bağlı çıxış edib. Bildirib ki, proqram Azərbaycan alimləri üçün xarici həmkarlarla müştərək layihələrdə işləmək imkanı yaradır. İdarə rəhbəri Azərbaycan alimlərinin proqramda iştirakı ilə əlaqəli mövcud vəziyyət, problem və perspektivlər, proqram çərçivəsində 2018-2020-ci illər üzrə yeni çağırışlar, proqramda iştirak etmək üçün fəallığın artırılması məqsədilə AMEA-nın həyata keçirdiyi tədbirlər, eləcə də Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında məlumat verib.

İclasda E.Əlirzayeva Vyana konvensiyası və
AMEA-nın xarici ölkələrin akkreditə olunmuş diplomatik nümayəndəlikləri ilə əlaqələrin qurulmasına dair qoyulan tələblər haqqında danışıb, AMEA-nın elmi müəssisələri tərəfindən müxtəlif ölkələrin elmi qurumları ilə əlaqələrin genişləndirilməsi istiqamətində imzalanan əməkdaşlıq sənədləri və onların hazırlanması qaydalarını iclas iştirakçılarının diqqətinə çatdırıb.

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib İclasda Nazirlər Kabinetinin 11 avqust 2016-cı il tarixli, 470s №-liSərəncamının icrası ilə bağlı bəzi məsələlər haqqında müzakirə aparılıb.
Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev məsələ ilə bağlı bir sıra təkliflər irəli sürüb.
Həmçinin iclasda R.Ağasiyev AMEA-nın elmi müəssisələrində zərərli və ağır şəraitdə işləyən işçilərin əmək haqlarına əlavələrin ödənilməsi və AMEA əməkdaşlarının ezamiyyət sənədlərinin hüquqi tənzimlənməsi haqqında da danışıb.Müzakirələrdən sonra sözügedən məsələlərin yenidən hüquqi tənzimlənməsi məqsədilə normativ sənədlərin hazırlanması qərara alınıb.

Aysel MƏDƏDLİ,
ZiM.Az




.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: