Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA “YT Park”ın fəaliyyəti ilə tanış olub

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA “YT Park”ın fəaliyyəti ilə tanış olubDövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA “YT Park”ın fəaliyyəti ilə tanış olub Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA “YT Park”ın fəaliyyəti ilə tanış olub 2018-ci il Fevralın 20-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA-nın Yüksək Texnologiyalar Parkının (“YT Park”) fəaliyyəti ilə tanış olub.

Öncə “YT Park”ın rezidentləri – Təcrübə-Sənaye Zavodunun və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib, pilotsuz uçan aparatların istehsal sahələri, “YT Park”ın Mərkəzləşdirilmiş analitik laboratoriyası və Radio ekoloji monitorinq sistemi ilə yaxından tanış olunub.

Sonra qonağa “YT Park”ın fəaliyyət istiqamətləri, gələcək inkişaf planları, ayrı-ayrı rezidentləri haqqında daha ətraflı məlumat vermək üçün tədbir təşkil olunub.


AMEA Rəyasət Heyətinin
İctimaiyyətlə əlaqələr şöbəsi
ndən
ZiM.Az-a bildiriblər ki,
tədbirdə AMEA-nın
prezidenti, akademik
Akif Əlizadə
Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafında dövlət qayğısından danışıb, qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqinin vacibliyini qeyd edib.
Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən Yüksək Texnologiyalar Parkının yaradılması bunun bariz nümunəsidir. Akademik iki dövlət qurumu arasında əməkdaşlığın gələcək perspektivlər üçün önəm daşıdığını vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik
Elçin Quliyev,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə AMEA arasında elmi-texniki və təhsil sahəsində əməkdaşlığa dair imzalanmış memorandum çərçivəsində birgə görülmüş işlərdən bəhs edib. AMEA “YT Park” ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək gələcəkdə bu istiqamətdə əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib.

AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqe tutması üçün yüksək texnologiyalar və innovasiya siyasətinə diqqətin artırılmasının vacibliyini bildirib.

AMEA YT Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev
iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə birgə əməkdaşlığın zəruriliyini qeyd edib.

Daha sonra “Elm və Texnologiya Parkı” MMC-nin nümayəndəsi Ayaz Məmmədli, “Azeltech” MMC-nin direktoru Samir Süleymanov“DN Technologies” MMC-nin nümayəndəsi Ceyhun Nabadov təmsil etdikləri qurumların fəaliyyətinə dair təqdimatla çıxış ediblər.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: