AMEA-nın Rəyasət Heyəti aparatının
İşlər idarəsinin müdiri,
texnika elmləri doktoru,
professor Elton Məmmədov həqiqi üzvü olduğu və “Qızıl medal”ı ilə təltif olunduğu Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının təqdimatına əsasən, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü – akademiki seçilib.
Bu barədə beynəlxalq qurumun mayın 24-də keçirilən yığıncağında qərar qəbul edilib.
ZiM.Az xəbər verir ki, Akademiyanın həqiqi üzvü – akademik diplomunu professor Elton Məmmədova iyunun 20-də AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının prezidenti, akademik Hayrettin İvgin təqdim edib.
Görüşdə professor Elton Məmmədov Azərbaycan və Türkiyənin çoxəsrlik tarixi dostluq və qardaşlıq əlaqələrindən danışıb. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi ifadə etdiyi sarsılmaz əlaqələrin bu gün prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla inkişaf etdirildiyini xüsusi vurğulayıb. Elmi fəaliyyətinin türk dünyası tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən professor bu nailiyyəti bütövlükdə Azərbaycan elminin uğuru kimi dəyərləndirib.
Akademik Hayrettin İvgin Azərbaycan və Türkiyə xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışaraq elm və təhsil sahəsində möhkəm bünövrənin qoyulduğunu və bu əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Biz də, dəyərli ziyalımız, çox hörmətli professor Elton Məmmədovu İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü – akademiki seçilməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
Bəsti MƏMMƏDOVA,
ZiM.Az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.