AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Novruz bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Novruz bayramı münasibətilə Akademiya əməkdaşlarına təbrikiHörmətli həmkarlar!
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, cansağlığı, xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.


Təbiətin oyanışının, baharın gəlişinin carçısı olan Novruz bayramı min illərdir yurdumuzda yaşadılır və bütün zənginliyi ilə xalqımızın folklorunu, mədəniyyətini, adət-ənənələrini, geniş mifoloji dünyagörüşünü özündə əks etdirir.
Novruz bayramı, eyni zamanda xalqımızın əsrlər boyu birlik və bərabərliyinin, milli mənsubiyyətinin və dövlətçilik şüurunun qorunmasında mühüm faktorlardan biri olmuşdur. Həmçinin aşıladığı əxlaqi, mənəvi və multikultural dəyərlərlə ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin həmrəylik içərisində yaşamasında xüsusi əhəmiyyət daşımışdır.
Bu əlamətdar bayram sovet hakimiyyəti illərində müxtəlif qadağalarla unutdurulmağa çalışılsa da, xalqımız tərəfindən yaşadılmış, müstəqil Azərbaycan Respublikasının dövlət bayramı statusu almışdır və ölkəmizdə böyük coşqu ilə qeyd edilməkdədir.
Xalqımızın milli adət-ənənələrinə daim böyük hörmətlə yanaşan və bütün dövlərdə bu dəyərlərimizin qorunub yaşadılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyev 21 mart 2000-ci ildə Novruz bayramı zamanı çıxışında demişdir: “… Bizim apardığımız işlər, həyata keçirdiyimiz tədbirlər, - bu işləri ardıcıl aparırıq, - Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını, respublikamızın ərazi bütövlüyünü təmin edəcək, işğal olunmuş torpaqlardan didərgin düşmüş insanlar öz elinə-obasına qayıdacaq və o gün gələcəkdir ki, o yerlərdə bayram tonqalı yandıracaqdır, bayram şənlikləri, yığıncaqları keçiriləcəkdir”.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbədən sonra artıq 3 ildir ki, doğma Şuşamızda və işğaldan azad edilmiş digər bölgələrimizdə bayram tonqalları yandırılır, el şənlikləri təşkil olunur və Ulu Öndərin ruhu bu müqəddəs missiyanın həyata keçirilməsi ilə şaddır.
Milli mədəniyyətimizin və adət-ənənələrimizin gələcək nəsillərə çatdırılması istiqamətində yorulmaz fəaliyyəti ilə xalqımızın sevgisini qazanmış Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun güclü lideri, ordusu, iqtisadiyyatı var və dövlətimiz əmin əllərdə sabaha inamla addımlayır, regionda və beynəlxalq arenada öz sözünü deyir.

Əziz həmkarlar!
Sizi bir daha Novruz bayramı münasibətilə təbrik edir, sağlam, xoş günlər arzulayır, elmi fəaliyyətinizdə uğurlar diləyirəm
.


İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,
akademik


ZiM.Az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: