AMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçirilib

AMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçirilibAMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçirilibAMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçirilibAMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçirilib AMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçirilib AMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçirilib AMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçirilib AMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçirilib AMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçirilib AMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçirilib AMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçirilib AMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçirilib AMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçirilib 2023-cü il Aprelin 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) tanınmış ziyalı və ictimai xadim, şair, yazıçı və publisist, professor Hamlet İsaxanlı ilə görüş keçirilib.

Alimin 75 illik yubileyi münasibətilə baş tutan görüşdə elm xadimləri, oxucular və media nümayəndələri iştirak ediblər.

Öncə professor H.İsaxanlının MEK-ə hədiyyə etdiyi özünün müəllifi olduğu, həmçinin şəxsi kitabxanasından elmin müxtəlif sahələrini əhatə edən, Azərbaycan və xarici dillərdə olan çoxsaylı nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.


Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı Azərbaycanın müstəqillik illərinin idealları, imkanları əsasında formalaşmış görkəmli azərbaycanlı ziyalısıdır. Akademik Hamlet İsaxanlını ötən il Gürcüstan Respublikası Elmlər Akademiyasının xarici üzvü seçilməsi münasibətilə geniş ictimaiyyət qarşısında bir daha təbrik edərək bu hadisənin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb.

Alimin pedaqoji fəaliyyətinə də toxunan akademik İsa Həbibbəyli Azərbaycan Riyaziyyatçılar Cəmiyyəti içərisində Hamlet İsaxanlının özünəməxsus ciddi bir yeri olduğunu, həmçinin çoxcəhətli fəaliyyət istiqaməti ilə cəmiyyətə təqdim olunduğunu diqqətə çatdırıb. AMEA-nın rəhbəri bildirib ki, dəqiq və humanitar elmlər arasında bir körpü olacaq, hər iki tərəfə xidmət edə biləcək çox az sayda insanlar var. “Onlardan biri də ölkəmizdə məhz Hamlet İsaxanlıdır. Hamlet müəllimin müəllifi olduğu “Əlkimya: elm, sənət və mistika” əsəri də ölkəmizdə təbiət ilə humanitar elmlərinin qarşılıqlı əlaqəsi, münasibəti məsələlərini elmi səviyyədə əks etdirən fundamental monoqrafik tədqiqatdır. Bu barədə birinci, təməl kitabı, təxminən yarım əsr bundan əvvəl Akademiyanın müxbir üzvü, mərhum Xudu Məmmədov yazıb. Onun “Qoşa qanad” kitabı da elmlə sənətin vəhdətini təşkil edib. Bundan əlavə, Hamlet İsaxanlı ciddi bir tədqiqatçı olaraq nizamişünaslığa, orta əsr Azərbaycan ədəbiyyatının öyrənilməsinə böyük xidmət göstərib, üfüq açıb və əsaslandırıb”, - deyə Akademiyanın rəhbəri diqqətə çatdırıb.

Xəzər Universitetini professor Hamlet İsaxanlının şah əsəri kimi səciyyələndirən akademik İsa Həbibbəyli bildirib ki, bu universitet ölkəmizi dünyada istər layihələri, istərsə də təhsili ilə tanıdan bir neçə qabaqcıl təhsil ocaqlarından biridir.

Çıxışı zamanı akademik İsa Həbibbəyli onu da qeyd edib ki, MEK-də tanınmış ziyalılarla bu cür görüşlərin təşkili təqdirəlayiq təşəbbüsdür.

Daha sonra çıxış edən MEK-in baş direktoru, professor Məmməd Əliyev tədbir iştirakçılarını salamlayaraq onları rəhbəri olduğu kitabxanada görməkdən məmnun olduğunu bildirib. Baş direktor professor Hamlet İsaxanlı tərəfindən kitabxanaya tədqim edilən və müxtəlif elm sahələrini əhatə edən dəyərli nəşrlərin fondlarda xüsusi əhəmiyyət kəsb edəcəyini və gələcəkdə bu nəşlərdən ibarət alimin şəxsi kitab kolleksiyasının yaradılacağını da vurğulayıb. Baş direktor, həmçinin alimin elmi və ədəbi fəaliyyətinə də toxunub.

Görüşdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadə, institutun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədov, Xəzər Universitetinin rektoru, dosent İradə Xəlilova çıxış edərək Hamlet İsaxanlının yaradıcılığı barədə fikirlərini bölüşərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova öz növbəsində H.İsaxanlının müəllifi olduğu “Dalğalarla yan-yana” şeirini səsləndirib.

Sonda çıxış edən professor H.İsaxanlı tədbirin təşkilində əməyi keçənlərə, o cümlədən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə və MEK-in baş direktoru, professor Məmməd Əliyevə xüsusi təşəkkürünü bildirərək kitabın və kitabxananın cəmiyyətin inkişafındakı rolundan bəhs edib. Alim, həmçinin tədbir iştirakçılarının suallarını cavablandırıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

ZiM.Az-ın və "Ziya" qəzetinin Baş redaktoru, filologiya üzrə fəlsəfə dokdoru Müşfiq Borçalı da görüşdə iştirak etmiş, yubilyarı - professor Hamlet İsaxanlını ürəkdən təbrik etmiş və ona yeni-yeni uğurlar arzulamışdır.

ZiM.Az


.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Rəy yazın: